Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA
13 May 2026, 00:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
619
15.01.2026, 09:40
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bu barədə Oxu24.com-a kollegiyadan məlumat verilib.
Bildirilib ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, həmçinin icbari təlim proqramlarını uğurla tamamlayan namizədlər üçün andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası normalarına və peşə borcuna sadiq qalacaqlarına dair and içərək Kollegiyanın üzvlüyünə qəbul olunublar. Onlara vəkil vəsiqələri təqdim edilib və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2025-ci il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilən VK-nın 8 üzvü – Alməmmədov Nəriman Əli oğlu, Əliyeva Aytəkin Güləli qızı, Qazıbəyov İbrahim Mehman oğlu, Maxsudova Ülkər Taleh qızı, Mirzəzadə Asim Vilayət oğlu, Mustafayev Cavidan Mustafa oğlu, Səfərli Günel Adil qızı, Süleymanov Cavid Loğman oğlunun mükafatlandırılmaları və fəaliyyətlərinə xitam verilməsi məsələsinə baxılıb və müsbət qərar verilib.
Bundan başqa, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi və vəkil kabinetinin ləğv edilməsi ilə barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verdikləri pozuntulara görə 7 vəkil barəsində intizam tənbehi tədbirləri tətbiq edilib və 2 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.
00:05 / 13 May 2026
2
00:02 / 13 May 2026
14
23:59 / 12 May 2026
1847
23:54 / 12 May 2026
109
23:50 / 12 May 2026
120
23:43 / 12 May 2026
186
23:40 / 12 May 2026
38
23:31 / 12 May 2026
39
23:27 / 12 May 2026
37
23:25 / 12 May 2026
39
23:22 / 12 May 2026
50
22:47 / 12 May 2026
116
22:38 / 12 May 2026
71
22:20 / 12 May 2026
61
21:59 / 12 May 2026
72
21:54 / 12 May 2026
81
21:37 / 12 May 2026
101
21:15 / 12 May 2026
93
20:55 / 12 May 2026
85
20:44 / 12 May 2026
176
20:42 / 12 May 2026
88
20:39 / 12 May 2026
86
20:36 / 12 May 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.