Bu 3 bürcün bəxti üzünə güləcək
03 Oktyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
909
14.01.2026, 09:39
Ekspertə görə, Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişiklik bürokratik mexanizm yaradıb
Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişikliyə görə, yanvarın 1-dən əhali öz həyətində tikəcəyi, hündürlüyü 3 metri, sahəsi 100 kv/metri ötən yardımçı binaların tikintisi üçün yerli icra hakimiyyətlərindən icazə almalıdır. Bəzi ekspertlərə görə, 101 kv/metr toyuq hininin və ya mal tövləsinin tikintisi üçün gərəksiz bürokratik mexanizm yaradılıb.
İqtisadçı Rövşən Ağayev hesab edir ki, bu, gərəksiz bürokratik mexanizmdir. O, yeni qaydaları belə şərh edib: “Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişikliyə görə, yanvarın 1-dən əhali öz həyətində tikəcəyi, hündürlüyü 3 metri, sahəsi 100 kv/metri ötən yardımçı binaların tikintisi üçün yerli icra hakimiyyətlərindən icazə almalıdır. Bizdə icazənin necə bir vasitə olduğunu hər kəs yaxşı bilir. Maraqlı olan başqa məsələdir: Azərbaycan Avropa deyil, hətta Türkiyə deyil ki, belə icazəni yaşadığı ərazini tərk eləmədən özünün səs verdiyi seçkili orqandan və şəxsdən alsın. Əhalinin səsindən asılı olan, həm də idarə elədiyi ərazidə iqtisadi inkişafda maraqlı olan yerli özünüidarə orqanları bu məsələni kimsəyə problem yaratmadan həll edirlər. Üstəlik, Azərbaycan məhz bu icazə məsələsində təcrübəsinə istinad edilən Avropadan fərqli olaraq, kənd təsərrüfatında sənaye tipli istehsal miqyasına nail ola bilməyib. Bu ölkələrdə məşğul əhalinin maksimum 2-3%-i fermerdir, orta torpaq ölçüsü və heyvan sayı bizdən on dəfələrlə çoxdur, fermerçilik gəlir gətirən sahibkarlığın bir formasıdır. Azərbaycanda elə rayonlar var ki, məşğul əhalinin 60-62%-i aqrar sektorda çalışır. Fermerçilik sahibkarlıq fəaliyyəti yox, öz fizioloji mövcudluğunu qorumaq üçün məşğuliyyətdir. Torpaq payı olan ailə təsərrüfatlarının ən azı 75-80%-nin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların orta ölçüsü 2 hektardan azdır. Bu torpaqlar ən yaxşı halda ya heyvandar üçün ot-yem istehsalı üçün, ya da texniki və ya tərəvəz bitkilərinin becərilməsi üçün istifadə edilir. Yəni ailə təsərrüfatları istehsal üçün tikinti və qurğuları bilavasitə özlərinin həyatyanı sahələrində yaradırlar. İndi də hökumət, məsələn, 101 kv/metr toyuq hininin və ya mal (qoyun) tövləsinin tikintisi üçün gərəksiz bürokratik bir mexanizm yaradır. Yenə deyirəm, sənaye tipli istehsal üçün bəlkə də bunu anlamaq olardı. Məhz bu cür istehsal üçün obyektiv meyarlar müəyyən edilə bilər. Məsələn, həyətyanı sahədə 200-250 başdan artıq xırda baş, 20-25 başdan artıq iribuynuzlu, 500-dən artıq quş üçün tələb olunan tikinti sahəsini sənaye istehsalı üçün məqbul hesab etmək olardı. Bu isə ən azı 500 kv/metr tikinti sahəsini tələb edə bilər. Amma 101 kv/metr toyuq hinini tikən ailə təsərrüfatını icazə almağa göndərmək... Bu, icazə deyil, vətəndaşa zülm etməkdir...”
Musavat
00:24 / 03 Oktyabr 2026
36
23:52 / 02 Oktyabr 2026
34
23:39 / 02 Oktyabr 2026
56
23:31 / 02 Oktyabr 2026
172
23:27 / 02 Oktyabr 2026
56
23:24 / 02 Oktyabr 2026
61
23:22 / 02 Oktyabr 2026
55
23:15 / 02 Oktyabr 2026
58
23:09 / 02 Oktyabr 2026
66
22:57 / 02 Oktyabr 2026
192
22:52 / 02 Oktyabr 2026
58
22:37 / 02 Oktyabr 2026
68
22:28 / 02 Oktyabr 2026
76
22:27 / 02 Oktyabr 2026
64
22:25 / 02 Oktyabr 2026
140
22:23 / 02 Oktyabr 2026
73
22:14 / 02 Oktyabr 2026
75
22:09 / 02 Oktyabr 2026
63
21:56 / 02 Oktyabr 2026
92
21:55 / 02 Oktyabr 2026
993
21:54 / 02 Oktyabr 2026
76
21:52 / 02 Oktyabr 2026
68
21:43 / 02 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.