Qaynar xətt:

(+99450) 247 90 86

Tarixçi alimdən  İDDİA: “Mənbələrdə “Talış xanlığı” olmayıb...”   

Tarixçi alimdən  İDDİA: “Mənbələrdə “Talış xanlığı” olmayıb...”   

CƏMİYYƏT

1780

13.01.2026, 19:10

Bu gün Oxu24.com saytında Talış xanlığının işğalı ilə bağlı gedən  “İşğal tariximiz: Rus ordusunun öldürdüyü 16 min azərbaycanlı, süqut edən TALIŞ XANLIĞI” məqaləsi  sosial şəbəkədə müzakirələrə səbəb olub.

Tarix elmlər namizədi, dosent Akif Nağı müzakirələr zamanı bildirib ki, əslində tarixdə Talış xanlığı olmayıb:”Mənbələrdə Talış xanlığı yox , Lənkəran xanlığı ifadəsi işlədilir. Lənkəran xanları Qacarların təyin etdiyi hakim deyildi , müstəqil Azərbaycan xanları idi. Bu , Azərbaycan-Rusiya müharibəsi idi . Müharibə Azərbaycan ərazisində gedirdi , Car-Balakən camaatı, Gəncə , Quba , Bakı , Naxçıvan , İrəvan , Lənkəran və digər Azərbaycan xanları ruslarla vuruşurdu. Qacarlar şimal xanlarına kömək məqsədilə bu müharibəyə qoşuldu. Azərbaycan xanları axıra qədər döyüşdülər , güclü düşmənə məğlub oldular , ruslarla müqavilələr bağlayıb , asılılığı qəbul etdilər. Bu torpaqların sahibi xanlarımız idi”. 

Tarixçi alim digər bir nüansa da diqqət çəkib: “Gülüstan və Türkmənçay müqavilələrində Qacarların bu torpaqları ruslara verdiyi yox , bu torpaqlarda Rusiyanın hakimiyyətini tanıdığı yazıldı. Ona görə də torpaqlarımızın iki dövlət arasında bölüşdürülməsi yox , bir hissəsinin Rusiya tərəfindən işğal olunması , digər hissəsində Qacarların rəhbərliyi altında Azərbaycan dövlətinin davam etdirilməsindən danışılmalıdır”. 

 Xatırladaq ki, bu hal  tarixçilər arasında ilk belə müzakirə deyil. Hələ illər əvvəl mərhum tarixçi alim, professor Dilavər Əzimli də  iddia edirdi ki, tarixdə “talış xanlığı yox, Lənkəran xanlığı olub”: “Bu xanlığın adı Lənkəran xanlığı olub. Mərkəzi vaxtilə Astara şəhəri, sonra isə Lənkəran şəhəri olub. Lənkəran xanları Səfəvi nəslindən olub, türksoyludurlar. Bütün mənbələrdə Lənkəran xanlığı kimi yazılır. Sonradan, XIX əsrin II yarısından Talış xanlığı kimi də qeyd olunub. Əslində bunu ruslar qarşıdurma yaratmaq üçün ortaya atıblar. Azərbaycanda Talış xanlığı olmayıb, Lənkəran xanlığı olub”.(musavat-com)

Yazıçı-publisist Mehriban Vəzir də müzakirələrdə aktiv iştirak edənlər sırasındadır. O, öz facebook səhifəsində bu mövzu ilə bağlı status paylaşıb, “Talış xanlığı” məsələsinə etnik mövqedən yanaşanları tənqid edib: ““Talış xanlığı” məsələsini vətənpərvərlik və ya etnik höcət mövzusuna çevirənlər bu xanlığı quranların şəcərəsi ilə tanış olsunlar. Soyu səfəvilərə, Ərdəbil şeyxlərinə bağlı bir Seyid Talışa gəlir, yatdığı ilk gecədə yuxusunda görür ki, bir gün bu torpaqda dövlət - xanlıq quracaq. Adam sufilərdən idi, belə yuxuların mənasını bilirdi. Həm də yeddi arxa  dönəni dövlət quruculuğu üzrə ixtisaslaşmışdı. Ona görə də geri qayıdır və ailəsini, yaxınlarını götürüb bu İlahi informasiyanın ardınca yenidən Talışa qayıdır və xanlığını qurur. Təbii ki, dövlətin davamlılığı üçün yerli türklərin və talışların başçıları ilə qohum olmaq şərt idi. Beləliklə, bu şəcərənin yeni qurşaqlarında qanqarışdırmalar davam etməyə başlayır. Ona görə də Talış xanlığını talışlara, türklərə və ya Ərdəbil seyidlərinə (onlar min il türklərlə qan qarışdırmış və türkləşmiş ərəblər-farslar olsalar belə) aid olmasını israr etmək gülüncdür. O uzaq siyasi prosesi təhrif etməklə (bu təhrifi dərsliklərdə etmək isə sovetizmdir) vətənpərvər olmaq və ya etnik mübahisə açmaq, sadəcə, komikdir".

“Talış xanlığı” nı kim ortaya atıb?

Zaman -zaman mübahisə və müzakirələrə səbəb olan “Talış xanlığı” mövzusunda bir çox tarixçilərimiz Lənkəran xanlığının var olduğunu təsdiq edən faktlarla çıxış ediblər. 

“Talış xanlığı” məvhumunu isə ilk dəfə 1882-1883-cü illərdə astaralı tarixçi Mirzə Əhməd Mirzə Xudaverdi оğlu ortaya qoyub. Məlumatlarda deyilir ki, onun   “Əxbarnamə” əsəri Talış xanlığının tarixini özündə əks etdirən bir kitabdır. Əsər müəllif  tərəfindən fars dilində yazılıb.  “Əхbarnamə” əsəri ilk dəfə Azərbaycan SSR Elmlər Akademiyasının Tariх Institutunun еlmi işçisi Musa Əsgərli tərəfindən 1955-ci ildə tərcümə еdilib, lakin nəşr оlunmayıb. 1975-ci ildə əsər həmin İnstitutun еlmi işçisi Əli Hüsеynzadə tərəfindən tərcümə еdilərək sovet dövrünün qanunları ilə əlaqədar yalnız institutun daхili хidməti üçün 120 nüsхədə çap еdilib. 2000-ci ildə Hüseynzadənin tərcüməsində Azərbaycan Milli Elmlər Akademiyasının Tariх Institutu tərəfindən, 2009-cu ildə isə İshaq Axundovun redaktorluğu ilə dərc olunub.

 Əntiqə Rəşid

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

23:22 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

74

0
 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

22:47 / 12 May 2026

TİBB TİBB

 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

149

0
"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

22:38 / 12 May 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

87

0
Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

22:20 / 12 May 2026

DÜNYA DÜNYA

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

78

0
Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

21:59 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

89

0
Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

21:54 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

95

0
    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik -   Kimlərə şamil olunacaq?  

21:37 / 12 May 2026

HƏRBİ HƏRBİ

    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik - Kimlərə şamil olunacaq?  

110

0
İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

21:15 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

100

0
Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

20:55 / 12 May 2026

HÜQUQ HÜQUQ

Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

89

0
Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

20:44 / 12 May 2026

TİBB TİBB

Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

182

0
Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

20:42 / 12 May 2026

DÜNYA DÜNYA

Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

94

0
Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

20:39 / 12 May 2026

SİYASƏT SİYASƏT

Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

92

0