5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
721
07.01.2026, 16:52
Dövlət Sərhəd Xidmətinin (DSX) 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair yanvarın 6-da hesabat müşavirəsi keçirilib.
Bu barədə Oxu24.com-a DSX-dən məlumat verilib.
Hesabat müşavirəsində hərbi birləşmə rəhbərlərinin məruzələri dinlənilib, struktur qurumların xidməti fəaliyyəti qiymətləndirilib.
2025-ci ildə DSX-nin əldə etdiyi əsas nailiyyətlər sırasında dövlət sərhədini pozduqlarına görə 516, sərhəd rejimini pozduqlarına görə 1226, axtarışda olan 3922, saxta sənədlərlə 108, özgəsinə məxsus sənədlə 8, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 6 nəfərin saxlanılması, terrorçuluğa qarşı aparılmış mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş 6 nəfərin saxlanılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 18, qaçaqmalçılıqla 8, qeyri-qanuni miqrasiya ilə 12 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi, il ərzində Dövlət Sərhəd Xidmətinin struktur qrumları tərəfindən, həmçinin digər hüquq mühafizə orqanları ilə birgə ümumilikdə 4 ton 311 kiloqram 864 qram narkotik vasitənin, 78457 ədəd psixotrop tərkibli və güclü təsiredici həbin, 128 milyon 255 min 862 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması, 24 ton 585 kiloqram narkotik xassəli bitkinin məhv edilməsidir.
2026-cı ildə qarşıda duran əsas vəzifə və tapşırıqlar diqqətə çatdırılaraq sərhədçilərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hər bir tapşırığını böyük şərəf və qürurla icra etməyə hazır olması, dövlət sərhədinin texniki vasitələrlə mühafizə və müdafiəsinin gücləndirilməsi, çətin relyefə malik ərazilərdə və istənilən hava şəraitində qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə hərbi qulluqçuların hazırlanması, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, hərbi intizamın möhkəmləndirilməsi və şəxsi heyətin sağlamlığının qorunması istiqamətində tədbirlərin görülməsi barədə göstərişlər verilmişdir.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.