BMT-nin Azərbaycandakı rezident koordinatorunun vəzifə müddəti başa çatıb
08 Yanvar 2026, 16:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
245
05.01.2026, 19:30
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskat şəhərində Oman Sultanlığının birinci xanımı Ülyahəzrət Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah ilə görüşüb.
Oxu24.com xəbər verir ki, Leyla Əliyevanı Omanda görməkdən məmnunluğunu bildirən Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah onun ictimai fəaliyyətinin Azərbaycanla yanaşı, bir çox ölkələrdə, o cümlədən Körfəzin ərəb ölkələrində yüksək qiymətləndirildiyini vurğulayıb.
Omanın birinci xanımı Heydər Əliyev Fondunuın vitse-prezidentinin ətraf mühitə, incəsənətə, mədəniyyətə, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyi, xeyriyyə aksiyalarında yaxından iştirakı barədə məlumatlı olduğunu bildirib.
O, həmçinin Azərbaycanda sənətkarlıq, xalçaçılıq, toxuma sənəti barədə də zəngin məlumatının olduğunu deyib.
Bu ölkədə olmağından məmnunluğunu bildirən Leyla Əliyeva görüşə, göstərilən diqqət və qayğıya görə təşəkkürünü ifadə edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Omana ilk dəfə səfər etdiyini vurğulayaraq, bunun ölkələrimizin mədəniyyət, incəsənət, xalçaçılıq, toxuculuq kimi sahələrdə fəaliyyət göstərən qurumları arasında gələcək əlaqələrə təkan verəcəyinə əminliyini bildirib.
Həmçinin oxuyun
Azərbaycanın xalçaçılıq və toxuculuq sahələrində zəngin ənənəsinin olduğunu bildirən Leyla Əliyeva bu xüsusda təcrübə mübadiləsinin önəminə toxunub.
Söhbət zamanı Azərbaycanla Oman arasında qeyd edilən sahələrdə birgə layihələrin işlənib hazırlanması barədə razılıq olunub.
16:22 / 08 Yanvar 2026
1
16:20 / 08 Yanvar 2026
6
16:00 / 08 Yanvar 2026
26
15:51 / 08 Yanvar 2026
29
15:43 / 08 Yanvar 2026
32
15:39 / 08 Yanvar 2026
35
15:29 / 08 Yanvar 2026
35
15:26 / 08 Yanvar 2026
32
15:20 / 08 Yanvar 2026
39
15:18 / 08 Yanvar 2026
70
15:15 / 08 Yanvar 2026
69
15:13 / 08 Yanvar 2026
94
15:12 / 08 Yanvar 2026
71
15:09 / 08 Yanvar 2026
80
15:09 / 08 Yanvar 2026
36
15:05 / 08 Yanvar 2026
67
14:59 / 08 Yanvar 2026
78
14:55 / 08 Yanvar 2026
74
14:48 / 08 Yanvar 2026
78
14:47 / 08 Yanvar 2026
71
14:43 / 08 Yanvar 2026
65
14:31 / 08 Yanvar 2026
289
14:25 / 08 Yanvar 2026
233
14:21 / 08 Yanvar 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.