Kartof bazarında nə baş verir? - Ekspert bahalaşmanın səbəblərini AÇIQLAYIR
01 Aprel 2026, 00:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
674
08.01.2026, 11:34
Dünyanın bir çox ölkəsində pensiya yaşı sosial-iqtisadi şəraitə, demoqrafik göstəricilərə və əmək bazarının vəziyyətinə uyğun olaraq fərqli müəyyən edilir. Postsovet məkanında da bu sahədə müxtəlif yanaşmalar mövcuddur və bəzi dövlətlərdə pensiya yaş həddi Azərbaycanla müqayisədə daha erkən tətbiq olunur. Bu fərqlər cəmiyyətdə tez-tez müzakirələrə səbəb olur və pensiya yaşının azaldılması imkanları ilə bağlı suallar doğurur.
Maraqlıdır, bəs Azərbaycanda pensiya yaşının azaldılması ilə bağlı hansısa addım atıla bilərmi?
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda mövcud demoqrafik və iqtisadi reallıqlar fonunda pensiya yaşının azaldılması qısa müddətdə real görünmür:
"Pensiya sistemi əsasən çalışan əhalinin ödədiyi sosial sığorta haqları hesabına maliyyələşir və bu balansın pozulması ciddi risklər yarada bilər. Hazırda işləyənlərin sayı ilə pensiya alanların sayı arasında nisbət getdikcə dəyişir. Əmək bazarına daxil olan gənclərin sayı azalır. Belə şəraitdə pensiya yaşının aşağı salınması dövlətin xərclərini daha da artıra bilər. Məhz bu səbəbdən həm qadınlar, həm də kişilər üçün pensiya yaş həddi 65 yaş olaraq müəyyən edilib. Kişilər üçün bu yaş həddi artıq tətbiq olunur, qadınlar üçün isə mərhələli keçid prosesi davam etdirilir. Belə ki, bu ilin iyul ayından etibarən qadınların pensiya yaşı daha 6 ay artırılaraq 65 yaşa çatdırılacaq".
Həmçinin oxuyun
Ekspert bildirib ki, pensiya yaşının azaldılması yalnız ortalama ömür müddətinin artması, qeyri-rəsmi məşğulluğun azalması və sosial sığorta daxilolmalarının yüksəlməsi halında gündəmə gələ bilər.
"Daha real yanaşma güzəştli kateqoriyaların dairəsinin genişləndirilməsi və ya uzun müddət əmək fəaliyyəti olan şəxslər üçün alternativ mexanizmlərin tətbiqidir. Bir çox ölkələrdə pensiya yaşı formal olaraq aşağı olsa da, faktiki olaraq vətəndaşlar ya daha gec pensiyaya çıxır. Bu baxımdan əsas məqsəd təkcə pensiya yaşını azaltmaq deyil, həm də pensiya sisteminin dayanıqlılığını və pensiya məbləğlərinin adekvatlığını təmin etməkdir".
00:42 / 01 Aprel 2026
91
23:59 / 31 Mart 2026
118
23:49 / 31 Mart 2026
136
23:39 / 31 Mart 2026
136
23:19 / 31 Mart 2026
182
23:04 / 31 Mart 2026
74
23:02 / 31 Mart 2026
79
23:00 / 31 Mart 2026
75
22:54 / 31 Mart 2026
85
22:40 / 31 Mart 2026
153
22:30 / 31 Mart 2026
180
22:25 / 31 Mart 2026
105
22:20 / 31 Mart 2026
153
22:11 / 31 Mart 2026
552
22:10 / 31 Mart 2026
235
22:08 / 31 Mart 2026
84
22:04 / 31 Mart 2026
78
21:59 / 31 Mart 2026
71
21:59 / 31 Mart 2026
209
21:58 / 31 Mart 2026
70
21:50 / 31 Mart 2026
170
21:40 / 31 Mart 2026
170
21:30 / 31 Mart 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.