Bir dənəsi belə kifayətdir: mixəyin bilinməyən faydaları
06 Yanvar 2026, 23:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1496
05.01.2026, 13:08
Bu gün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun epiqrafika şöbəsinin müdiri olmuş , tarix üzrə elmlər doktoru, ilk tarixçi-epiqrafist və şərqşünas alim AMEA-nın müxbir üzvü Məşədixanım Nemətovanın doğum günüdür.
Oxu24.com xəbər verir ki, 5 yanvar 1924-cü ildə Bakının Zabrat qəsəbəsində dünyaya gələn Nemətova Məşədixanım Sədulla qızı Azərbaycan elminin inkişafında misilsiz xidmətləri olan görkəmli alimlərdən biridir.
Qərəzsiz , "satılmamış" alim
Bir çoxunuz təbii ki, dünya miqyasında tanınan görkəmli şərqşünas alimi, savadlı, ağıllı , eyni zamanda öz elmi və biliyi ilə xalqının tarixinə hörmətlə yanaşan , heç bir rus və yaxud fars təlimatına, təbliğatına boyun əyməyən azərbaycanlını tanımırsınız.
Uzun illər Akademiya binasının altıncı mərtəbəsində yerləşən Tarix İnstitutunun qərb dəhlizinin başında yerləşən kiçik bir otaqda Azərbaycan tarixinə böyük töhvələr verən Məşədixanım Sədulla qızı Nemətova 1924-cü ilin yanvarın 5-də Bakının II Zabrat kəndində anadan olmuşdur. 1941-ci ildə orta məktəbi, 1948-ci ildə isə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirir.1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda epiqrafik irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə“Şöhrət” ordeni ilə təltif edilmişdir.
Elmini vicdanla sərf etmək
Məşədixanım Nemətova 60 illik elmi fəaliyyəti dövründə Azərbaycanın bütün tarixi ərazisini, o cümlədən Qərbi Azərbaycanı, Dağıstanı, Gürcüstanı addım-addım gəzərək, ərəb qrafikasının mürəkkəb oxunan, kufi kitabələrini oxumağa müvəffəq olmuş və onların tarixi əhəmiyyətini müəyyənləşdirmiş, elmi qiymətini vermişdir. Azərbaycanın iqtisadi-siyasi, sosial-mədəni tarixi – memarlıq, sənətşünaslıq, filologiya, islam fəlsəfəsi, toponimika, etnogenez və s. problemlərə dair bir çox nadir sənədlərlə Azərbaycan tarixşünaslıq bazasını zənginləşdirmişdir.
Həmçinin oxuyun
Dahi alimin xidmətləri: Epiqrafika
Oxuculara bildirək ki, epiqrafika bərk materiallaar (daş, keramika, metal və s.) üzərindəki yazıları, onları formalarını, mahiyyətini və s. öyrənən köməkçi tarix elmidir.
Alim xanım 60 illik elmi fəaliyyəti dövründə Azərbaycanın bütün tarixi ərazisini gəzərək ərəb qrafikasının müxtəlif xətləri ilə ərəb, fars, türk dillərində ölkənin iqtisadi-siyasi, sosial-mədəni tarixi, memarlıq, sənətşünaslıq, filologiya, islam fəlsəfəsi — sufizm, toponimika, etnoqenez və s. problemlərə dair yeni və ən dəqiq sənədlərlə Azərbaycanın tarixşünaslıq bazasını zənginləşdirmişdir. 2500-dən artıq epiqrafik abidəni toplayıb, oxuyub onların tarixi əhəmiyyətini müəyyənləşdirmişdir. Bu elmi fəaliyyətin nəticəsi kimi 12-dən artıq monoqrafiyanın, 200 elmi məqalənin, o cümlədən 6 cildlik "Azərbaycanın epiqrafik abidələrinin toplusu"nun müəllifidir.
Urud abidələri türk abidələridir
Alimin çoxillik tədqiqatları nəticəsində aşkar olunmuş epiqrafik abidələr tarixi mənbə kimi də Azərbaycan tarixinin müxtəlif konseptual problemlərinin tədqiqində mühüm rol oynayır. Nemətova rus və ermənilərin qondardığı bəzi yalan tarixin əslində uydurma olduğunu təkzibedilməz faktlarla sübut etmişdir. O, Zəngəzurun Urud abidələrinə əsasən azərbaycanlıların Cənubi Qafqazın aborigen sakinləri olmasını sübut edən zəngin məlumat bazasına yeni faktlar əlavə etmişdir. Beləki, Zəngəzurun Urud kəndindəki 1961-ci ildə üzə çıxardığı XIV–XVII əsrlərə aid qoç heykəlli və sənduqə formalı məzar daşlarıdır. İki abidə üzərində yazılmış "Avladi ağvan" — alban övladları sözləri Zəngəzurda yaşamış alban tayfalarının türkləşməsini və islamı qəbul eməsini təsdiq edir.
"Qız qalası"nın sirrini açan alim
Qız qalasının yazısının səhv olaraq "qüllə", yəni qala əvəzinə "qübbə", yəni günbəz oxunması alimlərin Məsud Davudun mərtəbələrarası günbəzlərin inşaatçısı kimi yanlış fikrə gəlməsi ilə nəticələndi. Yazının düzgün oxunuşu onun orta əsrlərdə müdafiə qalası olduğunu təsdiqlədi.
Qarabağ Azərbaycandır-deyən Azərbaycan qızı
Həkəri və Araz çaylarının hövzəsində bir sıra türbələr yerləşir. Memarlar bu abidələrin yerli feodallara məxsusluğunu və XIII–XIV əsrlərə aid olduğunu iddia edirdilər. Araz və Həkəri çayları hövzəsindəki memarlıq abidələrindən bəhs edən memarlar bunlardan heç birinin üzərində kitabə olmadığına görə türbələrin kimin üçün tikildiyini aydınlaşdıra bilmədikləri üçün təəssüflənmişdilər. Lakin onların üzərindəki yazılara əsasən Məşədixanım müəllimə müəyyənləşdirmişdir ki, Zəngilanın Məmmədbəyli kəndindəki türbədə alim Yəhya bəy Hacı Məhəmməd dəfn olunmuşdur. Yazıda türbənin tikilmə tarixi h.704/1305-ci il və Qarabağ memarlıq məktəbinin banisi Əli Məcdəddinin adı var.
Məşədixanım Nemətova XIII–XIV əsrlərdə yaşamış, fəaliyyət göstərmiş, Avropanın qapısı olan Anadolunu Çin ilə birləşdirən, Araz boyu Azərbaycandan keçən qədim karvan-ticarət (İpək) yolu üzərindəki Füzuli, Zəngilan, Cəbrayıl, Zəngəzur (Səlim keçidi), Ələyaz, Dərələyəzdə yerləşən memarlıq abidələrinin memarı Əli Məcdəddinin adını memarlıq tarixinə yazmışdır.
Gürcülərin "İlisu sultanları" iddiasına tutarlı cavab
Azərbaycan rayonlarını, kəndlərini qarış-qarış gəzərək epiqrafik abidələrini qeydə alan, ərəb və fars dilli kitabələrin estampını çıxararaq, mətnlərini oxuyaraq, elmi şərhini hazırlayaraq nəşr etdirildi. Qərbi Azərbaycan və Gürcüstan ərazilərindəki bir sıra epiqrafik abidələr də ilk dəfə məhz M.Nemətova tərəfindən elmi dövriyəyə abidəni qeydə alıb, onları oxuyaraq, elmi şərhini hazırlayaraq nəşr etdirildi. Qərbi Azərbaycan və Gürcüstan ərazisindəki bir sıra epiqrafik abidələr də ilk dəfə məhz M.Nemətova tərəfindən elmi dövriyyəyə gətirilibdir. Ümumilikdə o, 2500-dən çox epiqrafik abidəni qeydə alıb, onları oxuyaraq elmi-tənqidi şərhini işləyib.
Gürcü tədqiqatçıları İlisu sultanlarının gürcü İlisen mauravlarının davamçıları, avarlar isə onların avar olduqlarını sübut etməyə çalışırlar. Məşədixanım Nemətova İlisu Came məscidinin kitabəsində onların ərəb sərkərdəsi Əbu Məbran nəslindən, İlisu sultanlarının məzar daşlarında olan kitabələrə əsasən onların Əlibəy Şami (Suriya) övladları olmalarını sübut etmişdir.
Ərəb sərkərdəsi Əbu Müslüm xilafətin Qafqazı istilasından sonra Suriyadan qohumlarını Qafqaza köçürüb hərəsini bir əyalətə hakim təyin etmişdi. Sonra isə Azərbaycan ərazisinə köçürülmüş ərəblər türkləşdilər. Azərbaycanda ərəblərlə əlaqədar kənd adları indiyə kimi mövcuddur.
Şəmkir qülləsinin sübutu
Məşədixanım Nemətova epiqrafik abidələrə əsasən bir sıra memarlıq abidələrinin təyinatını və tarixini dəqiqləşdirmişdir. Bunlardan, ilk növbədə, Şəmkir qülləsini qeyd etmək lazımdır. Abidə zəmanəmizə gəlib çatmayıb, yalnız təsviri qalmışdır. Memarlar abidənin tarixini XII əsrə aid edirdi və deyirdilər ki, bu, minarədir. XX əsrin 70-ci illərində ərazidə qaz kəməri çəkilərkən 3 metr dərinlikdən kufi xətli yazılı bir daş aşkar olunmuşdur. Yazı Məşədixanım tərəfindən oxunmuş və müəyyən olunmuşdur ki, bu, Şəmkir bürcünün kitabəsidir. Kitabədə abidənin dəqiq inşa tarixi h.493=1099/1100 və təyinati — gözətçi bürcü göstərilmişdir. Yazı hazırda Azərbaycan Tarixi Muzeyində sərgilənir.
Ümuiyyətlə, Məşədixanım Nemətovanın dəyərli araşdırmaları çoxdur. Bunlardan biri rus dilində çap olunmuş, altı cildlik "Azərbaycanın epiqrafik abidələri toplusu" əsəridir ki, tarixşünaslıq elminə böyük xidmət olsa da, indiyənə qədər nə Azərbaycan dilinə, nə də ingilis dilinə tərcümə olunmayıb.
Alimin həmkarı Qafar Cəbiyevin mediaya açıqlamasında deyilir:", professor M.Nemətova 12 monoqrafiya, 200-dən çox elmi məqalə müəllifidir. O, rus dilində yazılmış altı cildlik "Azərbaycanın epiqrafik abidələr toplusu"nun müəllifidir. Əfsuslar olsun ki, bu son dərəcə mühüm elmi əhəmiyyəti olan bu fundamental toplunun AMEA rəhbərliyi tərəfindən indiyədək tərcümə edilərək ən azı Azərbaycan və ingilis dillərində nəşri təmin edilməyib. Təsəvvür edirsinizmi, həmin topluda yer alan materialların xeyli hissəsi indiki halda Azərbaycan alimləri üçün əlçatmaz olan Ermənistan və Gürcüstan ərazisindədir. Daha dəhşətlisi odur ki, professor M.Nemətovanın böyük zəhmət və fədakarlıq hesabına topladığı, qeydə aldığı, estampını çıxararaq nəşr etdiyi həmin epiqrafik abidələrin xeyli qismi ötən illərin məşəqqətləri fonunda sındırılıb, dağıdılıb, yox edilib".
P.S. Ən ağrıdıcı nüans odur ki, Qafqazda türkün qədim tarixini yaşadan Alban tarixinə öz uydurmaları ilə şər atan, onu türklükdən qoparan albanşünas tarixçi alim Fəridə Məmmədovanın “Qafqaz Albaniyası və albanlar” kitabı ingilis dilinə tərcümə edilərək nəşr edilib.
Tanınmış tarixçi alim Məşədixanım Nemətova 2016-cı ilin 26 dekabrında - 93 yaşında vəfat edib.
Allah rəhmət eləsin...
Əntiqə Rəşid
23:52 / 06 Yanvar 2026
1
23:48 / 06 Yanvar 2026
14
23:45 / 06 Yanvar 2026
16
23:25 / 06 Yanvar 2026
19
23:22 / 06 Yanvar 2026
413
23:21 / 06 Yanvar 2026
66
23:18 / 06 Yanvar 2026
24
23:08 / 06 Yanvar 2026
31
23:06 / 06 Yanvar 2026
95
23:03 / 06 Yanvar 2026
26
22:56 / 06 Yanvar 2026
100
22:55 / 06 Yanvar 2026
117
22:54 / 06 Yanvar 2026
27
22:42 / 06 Yanvar 2026
45
22:33 / 06 Yanvar 2026
215
22:26 / 06 Yanvar 2026
43
22:10 / 06 Yanvar 2026
54
21:57 / 06 Yanvar 2026
209
21:49 / 06 Yanvar 2026
51
21:29 / 06 Yanvar 2026
70
21:17 / 06 Yanvar 2026
63
21:11 / 06 Yanvar 2026
973
21:05 / 06 Yanvar 2026
66
20:58 / 06 Yanvar 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.