Nazirlik 11 aptekdə nöqsanlar aşkarladı, protokollar tərtib olundu
04 Avqust 2026, 17:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
606
23.12.2025, 13:33
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Seul şəhərində (C.Koreya) keçirilən “Sərhədləri aşan miras və (ASEAN) Cənub-Şərqi Asiya Ölkələrinin Ortaq Mədəni İrsi: dəyərlər və regional əməkdaşlıq” mövzusuna həsr olunmuş Beynəlxalq Konfransda iştirak edib.
Tədbir Cənubi Koreya Respublikasının Milli İrs Xidməti və UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzinin (ICHCAP) birgə təşkilatçılığı ilə baş tutub.
“Türk mədəni məkanında ümum mədəni irs üzrə regional əməkdaşlıq: Ortaq Türk İrsi Kataloqu” məruzəsi ilə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova beynəlxalq əməkdaşlığın mədəni irsin qorunması və təbliğində artan roluna diqqət çəkib. O, çıxışında Fondun Türk dünyasında ortaq mədəni dəyərlərin sistemli şəkildə sənədləşdirilməsi, gələcək nəsillərə ötürülməsi və beynəlxalq platformalarda tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən bəhs edib.
Seul şəhərində keçirilən konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Fond tərəfindən “Türk Dünyasına Baxış– 2040” və TURKTIME strateji sənədlərinə uyğun olaraq hazırlanmış Türk mədəni irsinə dair ilk çoxdilli kataloq “Türk Dünyasının Mədəni Kodu” nəşrini təqdim edib. Qeyd olunub ki, sözügedən kataloq ilk dəfə 4 noyabr 2025-ci il tarixində Səmərqənd şəhərində UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində beynəlxalq ictimaiyyətə təqdim olunub, Koreya Respublikasında baş tutan təqdimat isə layihənin növbəti beynəlxalq tanıtımı baxımından mühüm mərhələ kimi dəyərləndirilib.
Layihə Ortaq Türk İrsi Siyahısının formalaşdırılması və “TurkicHeritage” rəqəmsal platformasının yaradılması üçün əsas zəmin yaradıb.
Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti və təqdim edilən konsepsiya ASEAN ölkələrinin nümayəndələri, beynəlxalq təşkilatlar, akademik dairələr və dövlət qurumları da daxil olmaqla konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və böyük maraqla qarşılanıb. Xüsusilə Fondun xalqlar arasında mədəniyyətlərarası dialoqun və etimadın möhkəmləndirilməsinə verdiyi töhfələr diqqət mərkəzində olub.
Fondun bu nüfuzlu forumda iştirakı göstərdi ki, Türk Mədəniyyəti və İrsi Fondu beynəlxalq əlaqələrini sürətlə genişləndirir. Təşkilat təkcə Avropa ilə deyil, həm də Asiya, Sakit okean regionu və ümumilikdə dünya ölkələri ilə əməkdaşlığı gücləndirir. Bu addım Türk dünyasının zəngin irsinin dünyada tanıdılması üçün yeni imkanlar yaradır.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın Seul şəhərinə işgüzar səfəri çəçivəsində Fond ilə UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP) arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd Türk dünyası ilə Asiya–Sakit okean regionu arasında mədəni irs sahəsində əməkdaşlığın və qarşılıqlı dialoqun gücləndirilməsi baxımından yeni üfüqlər açır, türk xalqlarının zəngin mədəni irsinin təkcə Avropada deyil, həmçinin Asiyada və qlobal arenada təqdim olunması üçün geniş imkanlar yaradır.
Seulda baş tutan Anlaşma Memorandumunun imzalanması və yüksək səviyyəli ikitərəfli görüşlərin keçirilməsi Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, UNESCO strukturları ilə əməkdaşlığın möhkəmləndirilməsi və türk xalqlarının zəngin qeyri-maddi mədəni irsinin qlobal miqyasda tanıdılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.


17:30 / 04 Avqust 2026
13
17:05 / 04 Avqust 2026
43
16:55 / 04 Avqust 2026
72
16:42 / 04 Avqust 2026
57
16:22 / 04 Avqust 2026
62
16:00 / 04 Avqust 2026
77
15:59 / 04 Avqust 2026
72
15:28 / 04 Avqust 2026
193
15:13 / 04 Avqust 2026
82
15:12 / 04 Avqust 2026
98
15:00 / 04 Avqust 2026
75
14:58 / 04 Avqust 2026
81
14:45 / 04 Avqust 2026
86
14:39 / 04 Avqust 2026
71
14:30 / 04 Avqust 2026
85
14:19 / 04 Avqust 2026
72
14:10 / 04 Avqust 2026
72
13:59 / 04 Avqust 2026
85
13:59 / 04 Avqust 2026
73
13:45 / 04 Avqust 2026
81
13:41 / 04 Avqust 2026
457
13:40 / 04 Avqust 2026
82
13:30 / 04 Avqust 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.