Xarici tələbələr Azərbaycanda hansı universitetləri seçir? (SİYAHI)
16 Yanvar 2026, 09:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2700
09.12.2025, 13:47
Azərbaycanda cəmiyyəti narahat edən əsas sosial məsələlərdən biri də pensiya yaşının ilbəil artmasıdır. Maraqlıdır, pensiya yaşı yenidən artırıla bilərmi?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, pensiya yaşının artırılması prosesi yeni deyil və buna 2017-ci ildə qanunvericiliyə edilən dəyişikliklərlə start verilib.
Onun sözlərinə görə, həmin dəyişikliklərə əsasən pensiya yaşı hər il 6 ay artırılmaqla tənzimlənib. Kişilərlə bağlı artım prosesi 2021-ci ildə tamamlanıb və hazırda kişilər 65 yaşda pensiya hüququ əldə edirlər. Qadınlarda isə proses 60 yaşdan başlayıb və daha uzun müddət davam etdiyindən yalnız 2027-ci ildə qadınların da pensiya yaşı 65-ə çatacaq. Bununla da hazırkı artım mərhələsi başa çatacaq.
Rəşad Həsənov qeyd edib ki, gələcək üçün qəti təminat vermək mümkün olmasa da, dünyada orta yaş həddi yüksəldikcə ölkələrdə pensiya yaşının artırılması praktikasına tez-tez rast gəlinir:
“Bəzi ölkələrdə pensiya yaşı 67-dir. Azərbaycanda isə hazırda müəyyən edilmiş 65 yaş həddi yüksək hesab olunur. Çünki ölkədə orta ömür uzunluğu aşağıdır və buna görə də gözlənilən pensiya dövrü qısadır.”
Həmçinin oxuyun
Ekspertin sözlərinə görə, dünya üzrə orta pensiya yaşı ilə orta ömür uzunluğu arasında fərq orta hesabla 14,5 il olduğu halda, Azərbaycanda bu göstərici cəmi 7 ilə yaxındır. Bu isə MDB məkanında ən sərt pensiya yaş hədlərindən biri sayılır.
Həsənov hesab edir ki, gələcəkdə bu sahədə optimallaşdırma aparılmalı, pensiya yaşı daha adekvat səviyyəyə endirilməlidir:
“Normalda Azərbaycanda qadın və kişilərin pensiya yaşı 60 yaş ətrafında olmalıdır. Bu, həm orta yaş göstəricilərinin dünya standartlarına uyğunlaşdırılması, həm pensiya hüququnun əlçatanlığı, həm də sistemin etibarlılığı baxımından daha uyğun həddir.”
10:26 / 16 Yanvar 2026
6
10:19 / 16 Yanvar 2026
14
10:10 / 16 Yanvar 2026
19
09:59 / 16 Yanvar 2026
24
09:56 / 16 Yanvar 2026
33
09:48 / 16 Yanvar 2026
30
09:31 / 16 Yanvar 2026
40
09:30 / 16 Yanvar 2026
31
09:24 / 16 Yanvar 2026
120
09:21 / 16 Yanvar 2026
49
09:12 / 16 Yanvar 2026
216
09:10 / 16 Yanvar 2026
319
09:08 / 16 Yanvar 2026
51
08:55 / 16 Yanvar 2026
35
08:49 / 16 Yanvar 2026
42
08:39 / 16 Yanvar 2026
61
08:24 / 16 Yanvar 2026
75
08:16 / 16 Yanvar 2026
120
00:57 / 16 Yanvar 2026
808
00:51 / 16 Yanvar 2026
238
00:49 / 16 Yanvar 2026
169
00:38 / 16 Yanvar 2026
402
00:34 / 16 Yanvar 2026
141
00:32 / 16 Yanvar 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.