Yataqxanada həyatını itirən tələbənin FOTOSU
15 Noyabr 2026, 17:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
606
09.12.2025, 10:22
Keçmiş məcburi köçkünlər üçün hazırda mövcud olan bir sıra güzəştlərin nə qədər davam edəcəyi açıqlanıb.
Oxu24.com xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov İqtisadiyyat.az-a geniş müsahibəsində məlumat verib.
O xatırlabı ki, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Qanunda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir:
"Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası" Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilib. Bu qayda əsasında vahid aylıq müavinət alan məcburi köçkünlərə dövlət büdcəsindən müvafiq vəsaitin ödənilməsi davam etdirilir".
Sədr müavini söyləyib ki, mövcud qanunvericiliyə əsasən, keçmiş məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan etibarən dövlət büdcəsinin vəsaiti hesabına görülən sosial müdafiə tədbirlərinin, o cümlədən vahid aylıq müavinətin verilməsinin qanunvericiliklə nəzərdə tutulan üç il müddətində başa çatması nəzərdə tutulur: "Bu məsələlərlə bağlı Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri aparılır".
F.Hüseynov vurğulayıb ki, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında qanuna əsasən qeyri-dövlət ali və orta peşə-ixtisas təhsil müəssisələri məcburi köçkün tələbələrin normal təhsili üçün müəyyən güzəştlər edə bilərlər. Keçmiş məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan etibarən 3 il keçdikdən sonra təhsil haqqından azad edilməklə bağlı tətbiq olunan güzəştlər qüvvədən düşmüş hesab olunacaq.
17:16 / 15 Noyabr 2026
1
17:12 / 15 Noyabr 2026
66
17:09 / 15 Noyabr 2026
27
15:50 / 15 Noyabr 2026
67
15:25 / 15 Noyabr 2026
77
15:15 / 15 Noyabr 2026
88
14:47 / 15 Noyabr 2026
148
14:34 / 15 Noyabr 2026
288
14:25 / 15 Noyabr 2026
131
14:19 / 15 Noyabr 2026
105
14:02 / 15 Noyabr 2026
421
13:27 / 15 Noyabr 2026
319
12:55 / 15 Noyabr 2026
1576
12:36 / 15 Noyabr 2026
368
12:28 / 15 Noyabr 2026
162
12:11 / 15 Noyabr 2026
142
11:52 / 15 Noyabr 2026
216
11:43 / 15 Noyabr 2026
142
11:29 / 15 Noyabr 2026
160
11:20 / 15 Noyabr 2026
137
11:20 / 15 Noyabr 2026
146
11:10 / 15 Noyabr 2026
141
11:07 / 15 Noyabr 2026
889
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.