Doğum tarixinizə görə 2027-ci il sizin üçün BELƏ KEÇƏCƏK
05 Oktyabr 2026, 23:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
916
08.12.2025, 20:54
Ötən günlərdə Cloudflare-də yaranan qlobal problem nəticəsində ölkədə 9 minə yaxın milli resurs çöksə də, dövlət sektorunun – XRİTDX-in perimetri daxilində olan GOV resurslarının bir saniyə belə dayanmadığını təqdirəlayiq addım kimi qeyd etmişdim. Nə qədər qəribə olsa da, bəziləri, hətta intellektinə şübhə etmədiklərim də bunun “adi hadisə” olduğunu, sadəcə, “Cloudflare”dən istifadə etmirlər” deyə bəsit yanaşma sərgilədilər.
Oxu24.com-un xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.
O, məsələnin mahiyyətinə bir daha diqqət çəkib:
“1. XRİTDX nümunəsi – milli təhlükəsizliyi seçən doğru qərar
İllər öncə Cloudflare rəsmiləri ölkəmizdə müştəri toplayarkən, ucuz və şirnikləndirici təkliflərlə çıxış edirdilər. Xeyli kritik qurumlarla müqavilələr də bağlamışdılar və indi çökən saytlardan bu açıq-aşkar görsənir. XRİTDX və təhlükəsizliyə cavabdeh digər dövlət strukturları isə bu təkliflərə uymadı, separat sövdələşməyə getmədi, milli təhlükəsizlik risklərini nəzərə aldı və lokal təhlükəsizlik sistemlərinə üstünlük verdilər. Bu sistemi illər ərzində təkmilləşdirərək dayanıqlı infrastruktura çevirdilər. Nəticə? Qlobal böhranda belə ölkənin kritik infrastrukturu ayaqda qaldı.
2. Nəqliyyat Nazirliyinin nümunəsi – yanlış qərarın milyonluq fəsadı
2008-ci ildə Koreyanın “SK C&C” şirkətinin rəsmiləri ölkəmizdə başqa bir təkliflə, “intellektual nəqliyyat sistemi” qurmaq təklifilə o zamankı nazir Ziya Məmmədovla danışıqlar aparmışdı. Nazir həmin şirkətlə xarici həllin Azərbaycana gətirilib tətbiqi üçün 100 milyon dollarlıq müqavilə imzaladı. 2011-ci ildə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi istifadəyə verildi. Lakin elə ilk günlərdən sistem işləmədi və özünü doğrultmadı. Yeniləmək istədikdə isə məlum oldu ki, həmin xarici şirkət proqram təminatının ilkin kodlarını Azərbaycana verməyib. İlkin kodlar üçün daha böyük vəsaitlər tələb edildi. Güman ki, hökumət də bu vəsaitləri verməkdən imtina etdi. Nəticə isə hamıya bəllidir: Havaya sovrulan milyonlar, iflas etmiş dövlət layihəsi, qarşıya qoyulan vəzifələrin heç birini yerinə yetirməyən “intellektual nəqliyyat sistemi” və gündəlik həyatımızn bir parçası olan tıxaclar.
Bu gün həmin 100 milyonluq layihədən yalnız dayanacaqlardakı sınıq-salxaq monitorlar qalıb. Yeri gəlmişkən, hələ də Ziya müəllimdən bunun hesabatının tələb edildiyini xatırlamıram. 30 illik təcrübəm əsasında belə nümunələrin sayını çoxalda da bilərəm. Amma ümid edirəm baş verənləri sadə hadisə olaraq dəyərləndirənlər üçün bu iki nümunə yetərli olar”.
23:49 / 05 Oktyabr 2026
81
23:42 / 05 Oktyabr 2026
38
23:42 / 05 Oktyabr 2026
79
23:32 / 05 Oktyabr 2026
77
23:22 / 05 Oktyabr 2026
75
22:49 / 05 Oktyabr 2026
74
22:33 / 05 Oktyabr 2026
105
22:23 / 05 Oktyabr 2026
96
22:09 / 05 Oktyabr 2026
105
22:02 / 05 Oktyabr 2026
116
21:57 / 05 Oktyabr 2026
87
21:53 / 05 Oktyabr 2026
269
21:50 / 05 Oktyabr 2026
3879
21:45 / 05 Oktyabr 2026
2368
21:40 / 05 Oktyabr 2026
77
21:37 / 05 Oktyabr 2026
70
21:26 / 05 Oktyabr 2026
72
21:18 / 05 Oktyabr 2026
78
21:11 / 05 Oktyabr 2026
71
21:05 / 05 Oktyabr 2026
97
20:59 / 05 Oktyabr 2026
112
20:53 / 05 Oktyabr 2026
97
20:50 / 05 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.