Doğum tarixinizə görə 2027-ci il sizin üçün BELƏ KEÇƏCƏK
05 Oktyabr 2026, 23:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
598
08.12.2025, 20:31
İanə edilən pul vəsaitlərinin nağd şəkildə verilməsi və qəbul edilməsi hansı məsuliyyətə səbəb olur?
Oxu24.com xəbər verir ki,bu barədə İnzibati Xətalar Məcəlləsinin 466-cı maddəsində bəhs olunur.
Maddənin 466.1. bəndinə əsasən, ianə edilən pul vəsaitlərinin siyasi partiyaya və ya qeyri-hökumət təşkilatına, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə nağd şəkildə verilməsinə görə fiziki şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min beş yüz manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
466.2. İanə edilən pul vəsaitlərinin siyasi partiya və ya qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən nağd şəkildə qəbul edilməsinə görə -vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Qeyd: Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatına nağd şəkildə verilən və həmin təşkilat tərəfindən nağd şəkildə qəbul edilən iki yüz manatadək ianələrə bu maddənin qüvvəsi şamil edilmir.
Hazırladı: Miri Məcidli
23:49 / 05 Oktyabr 2026
81
23:42 / 05 Oktyabr 2026
38
23:42 / 05 Oktyabr 2026
79
23:32 / 05 Oktyabr 2026
77
23:22 / 05 Oktyabr 2026
75
22:49 / 05 Oktyabr 2026
74
22:33 / 05 Oktyabr 2026
105
22:23 / 05 Oktyabr 2026
96
22:09 / 05 Oktyabr 2026
105
22:02 / 05 Oktyabr 2026
116
21:57 / 05 Oktyabr 2026
87
21:53 / 05 Oktyabr 2026
269
21:50 / 05 Oktyabr 2026
3879
21:45 / 05 Oktyabr 2026
2368
21:40 / 05 Oktyabr 2026
77
21:37 / 05 Oktyabr 2026
70
21:26 / 05 Oktyabr 2026
72
21:18 / 05 Oktyabr 2026
78
21:11 / 05 Oktyabr 2026
71
21:05 / 05 Oktyabr 2026
97
20:59 / 05 Oktyabr 2026
112
20:53 / 05 Oktyabr 2026
97
20:50 / 05 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.