Yataqxanada həyatını itirən tələbənin FOTOSU
15 Noyabr 2026, 17:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1300
08.12.2025, 20:14
Xarici ölkələrlə diplomatik əlaqələrin qurulmasında Səfirliklərin və səfirlərin rolu böyükdür.
Bu,səbəbdən də səfir kimi göndərilən şəxslər hər zaman xüsusi diqqət mərkəzində olub.
Oxu24.com bu dəfə səfir xanım barədə maraqlı faktları araşdırıb.
Söhbət Azərbaycan Respublikasının Polşa Respublikasında fəaliyyət göstərən səfiri Nərgiz Qurbanovadan gedir.
Nərgiz Qurbanova 1975-ci ildə anadan olub. 1991-1994-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasi üzrə bakalavr və 1995-1997-ci illərdə magistr dərəcələri alıb.
1997-1999-cu illərdə isə Qərb Universitetinin (Azərbaycan) Beynəlxalq menecment ixtisasının magistr dərəcəsini bitirib. N.Qurbanova həmçinin Yönşöpinq Beynəlxalq Biznes Məktəbinin (İsveç Krallığı) Beynəlxalq biznes fakültəsində (2000) və Nitsa Universitetinin (Fransa) Beynəlxalq hüquq fakültəsində (1997) təhsil alıb.
O, 2009-cu ildə Vyana Universitetindən (Avstriya) fəlsəfə elmləri doktoru dərəcəsi alıb.
N.Qurbanova 2001-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışmağa başlayıb və 2001-2010-cu illərdə İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələr tutub.
Səfir təyinatından öncə N.Qurbanova Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsinin rəisi vəzifəsində çalışıb və Azərbaycanın iqtisadi gündəliyinin xaricdə təşviqi, regional və qlobal iqtisadi təşkikatlarla tərəfdaşlıq, Avropa İttifaqı ilə əməkdaşlıq, eləcə də ikitərəfli iqtisadi əlaqələrin və regional iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri ilə məşğul olub. N.Qurbanova həmçinin şerpa müavini qismində Türkiyənin sədrliyi çərçivəsində Azərbaycanın ilk dəfə olaraq G20 Sammitinin işində qonaq qismində iştirakına töhfə verib.
N.Qurbanova həmçinin 2004-2007-ci illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinə və 2010-2013-cü illərdə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinə (müşavir, müvəqqəti işlər vəkili və səfirinin müavini olaraq) ezam olunub.
Səfir N.Qurbanova "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919- 2009)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Nərgiz Qurbanova 2016-cı il 12 yanvar tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
İngilis, fransız (orta) və rus dillərini bilir. Xanım səfir ailəlidir, bir oğlu var.
Hazırladı: Miri Məcidli
17:16 / 15 Noyabr 2026
1
17:12 / 15 Noyabr 2026
66
17:09 / 15 Noyabr 2026
27
15:50 / 15 Noyabr 2026
67
15:25 / 15 Noyabr 2026
77
15:15 / 15 Noyabr 2026
88
14:47 / 15 Noyabr 2026
148
14:34 / 15 Noyabr 2026
288
14:25 / 15 Noyabr 2026
131
14:19 / 15 Noyabr 2026
105
14:02 / 15 Noyabr 2026
421
13:27 / 15 Noyabr 2026
319
12:55 / 15 Noyabr 2026
1576
12:36 / 15 Noyabr 2026
368
12:28 / 15 Noyabr 2026
162
12:11 / 15 Noyabr 2026
142
11:52 / 15 Noyabr 2026
216
11:43 / 15 Noyabr 2026
142
11:29 / 15 Noyabr 2026
160
11:20 / 15 Noyabr 2026
137
11:20 / 15 Noyabr 2026
146
11:10 / 15 Noyabr 2026
141
11:07 / 15 Noyabr 2026
889
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.