Azərbaycanda qadınların olduğu avtobus aşdı: Xeyli sayda yaralı var -ADLAR
15 Noyabr 2026, 17:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3114
08.12.2025, 12:52
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Asim Yusifov Masallı Dövlət Regional Kollecinin, Mərdan Əlizadə isə Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Oxu24.com xəbər verir ki, Asim Yusifov bakalavr təhsilini Lənkəran Dövlət Universitetində "İqtisadiyyat” ixtisası üzrə, magistratura təhsilini isə Türkiyənin Karabük Universitetində "Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə alıb. Müxtəlif illərdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyində direktor və Astara Pedaqoji Kollecində müəllim olaraq çalışıb. O, son təyinatadək Lənkəran Dövlət Peşə Təhsili Mərkəzində müəllim kimi fəaliyyət göstərib.
Mərdan Əlizadə Gəncə Dövlət Universitetində "Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb, magistratura səviyyəsi üzrə təhsilini isə hazırda ADA Universitetində "Təhsil üzrə menecment” ixtisası üzrə davam etdirir.
Əmək fəaliyyətinə İmişli rayon Bəcirəvan kənd A.Kərimov adına tam orta məktəbdə coğrafiya müəllimi kimi başlayıb, həmçinin "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinin İmişli və Saatlı rayonları üzrə koordinatoru, Coğrafiya fənninin məzmunu üzrə, Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə və s. kimi ixtisasartırma təlimlərində təlimçi olaraq fəaliyyət göstərib.
M. Əlizadə Almaniyada keçirilən "Keyfiyyətli təhsil üçün xidmət layihəsi” çərçivəsində disleksiya və diskalkuliya təlimində, ADA Universiteti tərəfindən təşkil olunan "Bir Müəllimin Manifesti” ixtisasartırma proqramında, Böyük Britaniyada təşkil olunan "Məktəb liderliyi” və bir sıra digər layihə və proqramlarda iştirak edib.
17:53 / 15 Noyabr 2026
1
17:43 / 15 Noyabr 2026
74
17:16 / 15 Noyabr 2026
238
17:12 / 15 Noyabr 2026
900
17:09 / 15 Noyabr 2026
64
15:50 / 15 Noyabr 2026
90
15:25 / 15 Noyabr 2026
114
15:15 / 15 Noyabr 2026
117
14:47 / 15 Noyabr 2026
163
14:34 / 15 Noyabr 2026
334
14:25 / 15 Noyabr 2026
137
14:19 / 15 Noyabr 2026
112
14:02 / 15 Noyabr 2026
462
13:27 / 15 Noyabr 2026
338
12:55 / 15 Noyabr 2026
1633
12:36 / 15 Noyabr 2026
375
12:28 / 15 Noyabr 2026
168
12:11 / 15 Noyabr 2026
146
11:52 / 15 Noyabr 2026
222
11:43 / 15 Noyabr 2026
148
11:29 / 15 Noyabr 2026
169
11:20 / 15 Noyabr 2026
142
11:20 / 15 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.