Güclü yağış yağacaq - XƏBƏRDARLIQ
06 Oktyabr 2026, 12:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
643
03.12.2025, 23:39
Az tanınmış və ya unudulmuş insanların həyat tarixçəsi ilə bağlı paylaşımlarımızı davam etdiririk.
Bu dəfə Lütfəli Nuriyev haqqında məlumat verəcəyik.
Oxu24.com xatırladır ki,Lütfəli Cahangir oğlu Nuriyev 15 may 1916-cı ildə Gəncə şəhərində Qarabağ bəylərindən olan Cahangir xan Nurubəyovun ailəsində doğulub.
Yeri gəlmişkən, qeyd edək ki, Cahangir xan Hacı Böyük bəy oğlu 1861-ci ildə Şuşa şəhərində anadan olub.
Ata tərəfdən Qatırçı Murad bəyin, ana tərəfdən Bəhmən mirzə Qovanlı-Qacarın nəslindəndir.Şuşa Real məktəbini bitirmişdi. Mülkədar idi. Şuşa şəhərində karvansarası, Cavanşir, Şuşa və Zəngəzur qəzalarında xeyli mülkü vardı. Maarifpərvər adam idi. Şuşa şəhər dövlət ibtidai məktəbinin fəxri nəzarətçisi vəzifəsini daşıyırdı.Cahangir xan vətənpərvər bir şəxsiyyət idi. O, "Difai" təşkilatının və onun qolu "Qarabağ məclisi"nin üzvü idi. Cahangir xan 1934-cü ildə Bakı şəhərində vəfat edib...
Lütfəli Nuriyev Tbilisi Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunu hərəkətin təşkili ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə Taqanroq stansiyası rəisinin müavini kimi başlayıb. Sonralar "Biləcəri" stansiyasının rəis müavini, Azərbaycan dəmiryolunun operativ dispetçer bölməsində böyük dispetçer, Azərbaycan Dəmir yolunda hərəkət xidmətinin rəisi, 1963–1966-cı illərdə Zaqafqaziya Dəmiryol İdarəsi rəisinin müavini vəzifələrində çalışıb.
1966-cı ildə Azərbaycan KP MK plenumunun qərarı ilə metropolitenin istismara buraxılmasına bir il qalmış Bakı metropoliteninin ilk rəisi vəzifəsinə təyin edilib. 1976-cı ilin may ayına kimi bu vəzifədə çalışıb. Bu müddətdə "Şərəf Nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilib.
Lütfəli Cahangir oğlu Nuriyev 1984-cü il dekabrın 9-da vəfat edib...
Müəllif: Tarixçi Namiq Həsənov
12:49 / 06 Oktyabr 2026
1
12:47 / 06 Oktyabr 2026
31
12:43 / 06 Oktyabr 2026
30
12:32 / 06 Oktyabr 2026
48
12:29 / 06 Oktyabr 2026
55
12:25 / 06 Oktyabr 2026
66
12:22 / 06 Oktyabr 2026
53
12:20 / 06 Oktyabr 2026
59
12:15 / 06 Oktyabr 2026
62
12:11 / 06 Oktyabr 2026
63
12:00 / 06 Oktyabr 2026
141
11:55 / 06 Oktyabr 2026
882
11:45 / 06 Oktyabr 2026
85
11:45 / 06 Oktyabr 2026
77
11:29 / 06 Oktyabr 2026
77
11:19 / 06 Oktyabr 2026
86
11:14 / 06 Oktyabr 2026
78
11:03 / 06 Oktyabr 2026
65
11:01 / 06 Oktyabr 2026
63
10:55 / 06 Oktyabr 2026
65
10:46 / 06 Oktyabr 2026
318
10:35 / 06 Oktyabr 2026
97
10:32 / 06 Oktyabr 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.