Tünd kişmiş adamı cavanlaşdırır
16 Oktyabr 2026, 00:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
591
20.11.2025, 16:05
Beynəlxalq Muğam Mərkəzində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir və miniatür sənətinin incəliklərini əks etdirən “Kölgəsiz dünya” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirə açılış nitqi ilə başlayan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qonaqları salamlayıb və Şanlı Zəfərin Azərbaycan xalqının birlik və iradəsinin təcəssümü olduğunu vurğulayıb.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı əldə olunan Qələbə bütün Türk dünyası üçün ortaq qürur mənbəyidir.
Türk xalqlarını birləşdirən mənəvi körpünün təməlində mədəniyyətin dayandığını vurğulayan Fondun prezidenti, bu gün təqdimatı keçiriləcək “Kölgəsiz Dünya” sənədli filminin miniatür sənəti irsinin qorunması və yaşadılmasında xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildirib. Azərbaycan xalqını Şanlı Zəfərin 5-ci il dönümü münasibətilə təbrik edib.
Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseynin aparıcılığı ilə keçirilən tədbir bədii proqramla davam etdirilib.
Proqram çərçivəsində Əməkdar artist Bəyimxanım Vəliyeva “Xudayar təsnifi”ni, gənc müğənni Xasay Şıxıyev “Ey vətən” mahnısını, tanınmış xanəndə Ayşən Mehdiyeva isə “Qarabağ” şərqisini ifa ediblər. Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeirini isə aktyor Tural Əhməd səsləndirib. Həmçinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs qrupunun çıxışı nümayiş olunub.
Tədbirin ikinci hissəsində “Artel” şirkətinin art direktorları, “Kölgəsiz Dünya” sənədli filminin müəllifləri Afaq Məmmədova və Cəmilə Həşimova çıxış edərək ekran işinin ideya xətti, miniatür sənətinin bədii-estetik məqamları və filmin yaradılma prosesinə dair qeydlərini bölüşüblər.
Ardınca tamaşaçılara Azərbaycan miniatür sənətinin incəliklərini müasir kino dili ilə əks etdirən “Kölgəsiz Dünya” filmi nümayiş etdirilib.
Tədbirdə hökumət nümayəndələri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus təmsilçiləri, beynəlxalq təşkilatların, elmi qurumların və ali təhsil müəssisələrinin rəhbərləri, eləcə də müxtəlif nüfuzlu qurumların yüksək səviyyəli təmsilçiləri iştirak ediblər.
Tədbir, Azərbaycanın Şanlı tarixinin təbliği və təşviqi istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirilib.



00:52 / 16 Oktyabr 2026
66
00:10 / 16 Oktyabr 2026
83
23:39 / 15 Oktyabr 2026
82
23:19 / 15 Oktyabr 2026
98
23:00 / 15 Oktyabr 2026
106
22:40 / 15 Oktyabr 2026
106
22:22 / 15 Oktyabr 2026
99
22:15 / 15 Oktyabr 2026
383
22:10 / 15 Oktyabr 2026
112
22:06 / 15 Oktyabr 2026
115
22:06 / 15 Oktyabr 2026
89
22:06 / 15 Oktyabr 2026
101
21:55 / 15 Oktyabr 2026
119
21:42 / 15 Oktyabr 2026
101
21:23 / 15 Oktyabr 2026
171
21:12 / 15 Oktyabr 2026
120
21:07 / 15 Oktyabr 2026
165
20:56 / 15 Oktyabr 2026
106
20:48 / 15 Oktyabr 2026
115
20:30 / 15 Oktyabr 2026
170
20:21 / 15 Oktyabr 2026
101
20:13 / 15 Oktyabr 2026
97
20:07 / 15 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.