Qaynar xətt:

(+99450) 247 90 86

Ramiz Mehdiyevin general oğlu hara yoxa çıxıb?  —  İLGİNC DETALLAR 

Ramiz Mehdiyevin general oğlu hara yoxa çıxıb?  —  İLGİNC DETALLAR 

CƏMİYYƏT

1967

29.10.2025, 22:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb olunan sabiq rəhbəri Ramiz Mehdiyevin fövqəladə hallar nazirinin müavini olan oğlu Teymur Mehdiyev vətəndaş qəbulu keçirmir.

Oxu24.com   xəbər  verir   ki,  ötən gün general-mayor Teymur Mehdiyevin vətəndaş qəbulu nəzərdə tutulub. Lakin, T.Mehdiyev vətəndaşları özü qəbul etməyib. Onun əvəzinə qəbulu polkovnik Riyad Muğanlinski həyata keçirib. 

Unikal.az-ın yazdığına  görə,general-mayor Teymur Mehdiyevin işə çıxmadığı da bildirilir.

Qeyd edək ki, fövqəladə hallar nazirinin müavinləri hər ay vətəndaş qəbulu keçirirlər.

Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama), 274-cü (dövlətə xəyanət), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Oxu24.com bundan öncə Ramiz Mehdiyevin məmurlara qoyduğu qadağa haqqında məlumat yaymışdı.