Milli Məclis bu məsələləri MÜZAKİRƏ EDƏCƏK
09 Oktyabr 2026, 15:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
742
29.10.2025, 19:03
Akademik əgər 3-4 il öncə “uspet” edə bilsəydi…
Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev hazırda cinayət məsuliyyətinə cəlb olunmuş, dövlət çevrilişinə cəhd, vətənə xəyanət və külli miqdarda vəsaitlərin leqallaşdırılması ittihamları ilə Səbail Rayon Məhkəməsinin qərarı ilə istintaq altındadır.
87 yaşlı Mehdiyevin səhhətində ciddi problemlər olduğu bildirilir.
Əslində, bu hadisələr olmasaydı, bu gün oxuduğunuz başlıq – “Ramiz Mehdiyev Fəxri xiyabanda dəfn olunacaq” – tamamilə fərqli mənada xəbər lentlərini bəzəyəcəkdi.
Təsəvvür edin ki, bu hadisələr baş verməyib, Ramiz Mehdiyev dünyasını dəyişib və dövlət televiziyaları “xalqın görkəmli alimi”, “böyük dövlət xadimi” tonunda nekroloqlar oxuyur, akademiyanın qarşısında portreti asılır, tabutu ətrafında şüarvari təriflər səslənir, vəzifə sahibləri fəxri qaravulda dayanır, mikrofonlara tərifli xatirələr danışırdılar…
Lakin tarix bəzən ironiyanı sevər.
Ramiz Mehdiyev o vaxtlar – 2019-cu ildə Prezident Administrasiyasından “hörmət və ehtiramla”, orden-medallarla yola salınarkən, hələ heç kim düşünmürdü ki, bir neçə il sonra o, hakimiyyətə qarşı qurulan planlarda, çirkli pulların yuyulmasında və dövlətə xəyanətdə ittiham ediləcək.
Əgər Mehdiyev 2019-2022-ci illər arasında – Elmlər Akademiyasına rəhbərlik etdiyi “son şərəfli dövrdə” – vəfat etsəydi, tabutun üstünə bəzəkli çələnglər düzülər, “xalq üçün çox işlər görmüşdü” – deyə pafoslu çıxışlar edilərdi.
Amma vaxt onun xeyrinə işləmədi. İndi isə akademik ev dustağıdır və barəsində ifadələr verilir, ən yaxın adamları haqqında mediada söyüş söyür, tənqidlər səsləndirirlər.
Bəli, Ramiz Mehdiyev Fəxri xiyabanda dəfn olunacaqdı, amma sadəcə “3 il öncə “uspet” etsəydi…”
Mehdiyev, əslində, çoxdan ölüb, sadəcə özünə demirlər…
Musavat.com
15:46 / 09 Oktyabr 2026
8
15:42 / 09 Oktyabr 2026
14
15:29 / 09 Oktyabr 2026
37
15:23 / 09 Oktyabr 2026
62
15:11 / 09 Oktyabr 2026
61
15:09 / 09 Oktyabr 2026
81
15:05 / 09 Oktyabr 2026
59
14:59 / 09 Oktyabr 2026
59
14:51 / 09 Oktyabr 2026
104
14:50 / 09 Oktyabr 2026
76
14:45 / 09 Oktyabr 2026
72
14:44 / 09 Oktyabr 2026
73
14:35 / 09 Oktyabr 2026
68
14:18 / 09 Oktyabr 2026
66
14:15 / 09 Oktyabr 2026
125
14:10 / 09 Oktyabr 2026
79
14:01 / 09 Oktyabr 2026
1111
13:58 / 09 Oktyabr 2026
78
13:45 / 09 Oktyabr 2026
97
13:44 / 09 Oktyabr 2026
69
13:41 / 09 Oktyabr 2026
77
13:34 / 09 Oktyabr 2026
257
13:31 / 09 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.