Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib
09 Oktyabr 2026, 22:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5062
26.10.2025, 21:00
Ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ətrafında müzakirələr davam edir.
Müzakirə olunanlar sırasında Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın (Qurskaya) milliyəti mövzusudur.İllərdir yayılan məlumatlarda onun erməni əsilli olması iddia olunur.
Oxu24.com saytı yaxın günlərdə Qalina Mehdiyevanın anasının məzarından görüntülər yaymışdı. Onun Bakıda yerləşən xristian qəbiristanlığında dəfn olunması və qəbri üzərində xaç işarəsinin olması müzakirələr yaratmışdı.(Red- Sözügedən reportajı bu LİNKDƏN izləyə bilərsiniz)
Bəs,Ramiz Mehdiyev bu iddialara necə cavab verir?
Oxu24.com bununla bağlı arxiv materiallarında araşdırma aparıb.
Məlum olur ki,R.Mehdiyev arvadının milliyəti barədə 2022-ci ilin fevral ayının 15-də açıqlama veribmiş.Həmin ərəfədə AMEA prezidenti postundan istefa verən Ramiz Mehdiyevin yaxın qohumunun həbsi xəbəri yayılmışdı.
Söhbət AMEA Rəyasət Heyəti katibliyinin həmin vaxtda rəisi olmuş Eldar Əmirovdan gedir.Həmin şəxsin R.Mehdiyevlə qohum olmaları xəbərini təkzib etmək məqsədi ilə sonuncu AMEA-nın mətbuat xidmətinin vasitəsi ilə belə bir açıqlama yaymışdı.
"AMEA Rəyasət Heyəti katibliyinin rəisi Eldar Əmirovun AMEA prezidenti, akademik Ramiz Mehdiyevin həyat yoldaşı ilə hər hansı qohumluq əlaqəsi yoxdur. Eldar Əmirov əslən qarabağlıdır, Ağdam şəhərindəndir. Akademik Ramiz Mehdiyevin həyat yoldaşı isə (Qalina Mehdiyeva) Gürcüstanın Poti şəhərindəndir. Ziyalı ailədə doğulub. Anası gürcü, atası polyak əsillidir. Ailədə bir bacı, bir qardaşdırlar", - deyə məlumatda vurğulanıb.
Rəsmi yayılan xəbərdə R.Mehdiyev ilk dəfə həyat yoldaşının milliyətini belə açıqlamışdı.
Buna baxmayaraq onun milliyətinin hansı xalqa mənsub olması bu günə qədər də müzakirə olunur.
R.Mehdiyevi tənqid edən bir sıra şəxslər onun həyat yoldaşının erməni kökənli olması və bəzi məlumatların dəyişdirildiyini iddia edir.
Miri Məcidli
23:22 / 09 Oktyabr 2026
1
23:03 / 09 Oktyabr 2026
28
22:57 / 09 Oktyabr 2026
53
22:47 / 09 Oktyabr 2026
55
22:31 / 09 Oktyabr 2026
52
22:27 / 09 Oktyabr 2026
67
22:13 / 09 Oktyabr 2026
84
21:58 / 09 Oktyabr 2026
66
21:54 / 09 Oktyabr 2026
54
21:52 / 09 Oktyabr 2026
73
21:45 / 09 Oktyabr 2026
84
21:33 / 09 Oktyabr 2026
88
21:30 / 09 Oktyabr 2026
70
21:23 / 09 Oktyabr 2026
112
21:15 / 09 Oktyabr 2026
99
21:10 / 09 Oktyabr 2026
187
21:10 / 09 Oktyabr 2026
2071
20:59 / 09 Oktyabr 2026
72
20:55 / 09 Oktyabr 2026
76
20:42 / 09 Oktyabr 2026
103
20:28 / 09 Oktyabr 2026
121
20:12 / 09 Oktyabr 2026
84
20:01 / 09 Oktyabr 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.