Bu tarixdə qısa iş günü olacaq
25 Dekabr 2025, 19:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1767
25.10.2025, 12:39
"Azərbaycan Teleradio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV QSC) keçmiş sədri Arif Alışanov Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda dövlətə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevə ən yaxın şəxslərdən biri olub. Mehdiyev 2015-cı ildə sədr müavini, 2006-cı ilin avqustunda isə sədr vəzifələrinə təyin etdirməyə nail olub”.
Oxu24.com xəbər verir ki, “AzPolitika”ya danışan etibarlı mənbə iddia edir ki, AzTV-yə rəhbərlik etdiyi dövrdə Alışanov nəhəng sərvət əldə edib, hər il büdcədən dövlət televiziyasına ayrılan vəsaitləri, QSC-nin reklam gəlirlərini, müxtəlif adlar altında məmurlardan yığılan pulları vaxtı-vaxtında Ramiz Mehdiyevin ən yaxın ətrafı ilə bölüşüb.
İddiaya görə, Mehdiyevin qızı Kəmalə Mehdiyeva və Alışanovun keçmiş həyat yoldaşı Mehriban Alışanvova ilə rəfiqə olub. Alışanvovanıın Hesablama Palatasının audiotru təyin olunmasında bu dostluq əsas rol oynayıb.
M.Alışanova 2021-ci ilə qədər bu vəzifəni tutub. Onların ailəvi münasibətləri Alışanovun 2019-cu ilin əvvəlində (15 yanvar-red.) vəzifədən çıxarılana qədər davam edib.
Qeyd olunur ki, Mehdiyevin zərərsizləşdirilməsi ilə bağlı atılan addımlardan biri onun əsas “adamının” dövlət televiziyasının rəhbərliyindən götürülməsi olub.
Mənbə iddia edir ki, Arif Alışanov Ramiz Mehdiyevin xüsusi tapşırıqlarını icra edən 3 əsas şəxsdən biri idi. Bu sıraya müxtəlif biznes layihələrinin maliyyələşdirilməsi, əmlak alqı-satqısı, xarici ölkələrdə bu tip fəaliyyətlərin həyata keçirilməsi daxildir. Eyni zamanda Mehdiyev intirqada olduğu məmurları AzTV vasitəsi ilə neytrallaşdırıb, onlara efir qadağası qoydurub, yaxud “qara piar” kampaniyaları təşkil etdirib.
Arif Alışanov daim medianın tənqid hədəfində olub, 2017-ci ilin yanvar ayında onun sifarişi ilə həyata keçirilmiş həbslər isə AzTV-nin keçmiş sədrinin topdağıtmaz sərvətinin və etdiyi dəhşətli qanunsuzluq əməllərinin üzə çıxmasına rəvac verib.
Həmçinin oxuyun
Belə ki, Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şücayət Əkbərov 18 il, Qoçəli Cəbiyev 17 il, Zöhrab Şirinov 16 il, Aqşin Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıt Apellyasiya Məhkəməsi Ş.Əkbərovun cəzasını 16 ilə, Zöhrab Şirinovun cəzasını isə 16 ildən 14 il 6 ayadək azaldılıb.
Həbsdə olduğu müddətdə Qoçalı Cəbiyev xərçəng xəstəliyindən vəfat edib, Zöhrab Şirinov isə dəri xərçənginə yoluxub. İki dəfə açıq ürək əməliyyatı keçirən Ş. Əkbərov isə hələ də həbsdə saxlanılır. Məhkəmlərdə o, heç bir cinayət törətmədiyini, Arif Alışanov tərəfindən şərləndiyini bildirib. AzTV-nın keçmiş sədri ondan ümumilikdə 7 milyon manat tələb edib.
Məhkəmədə üzə çıxan faktlradan məlum olur ki, Arif Alışanovun Bakıda çoxsaylı daşınmaz əmlakı, Şamaxı və ətraf rayonlarda yüz hektarlarla torpaq sahələri, villaları və başqa gəlirli obyektləri olub. Onun üzə çıxan əmlakının ümumi dəyəri hələ 10 il əvvəl 77 milyon manat civarında dəyərləndrilirdi. Bu sərvət dövlət televizyasının talanması, vəzifə səlahiyyətlərindən sui-istifadə və Mehdiyevin tanıdığı başqa imtiyazlar hesabına əldə olunub.
Mənbə bildirir ki, Ramiz Mehdiyevin şəbəkəsinə qarşı aparılan istintaq tədbirləri zamanı Arif Alışanovun “boz kardinal”ın “sağ əli” olduğu ortaya çıxacaq.
“Buna heç bir şübhə yoxdur, yetər ki, onu çağırıb əlaqələrini araşdırsınlar”, - deyə, mənbə vurğulayıb.
İddialarla bağlı Arif Alışanovun da mövqeyini işıqlandırmağa hazırıq.
19:06 / 25 Dekabr 2025
1
19:04 / 25 Dekabr 2025
11
18:09 / 25 Dekabr 2025
1162
18:07 / 25 Dekabr 2025
98
18:05 / 25 Dekabr 2025
34
17:28 / 25 Dekabr 2025
432
17:27 / 25 Dekabr 2025
46
17:25 / 25 Dekabr 2025
43
16:57 / 25 Dekabr 2025
106
16:54 / 25 Dekabr 2025
50
16:45 / 25 Dekabr 2025
199
16:42 / 25 Dekabr 2025
55
16:33 / 25 Dekabr 2025
306
16:22 / 25 Dekabr 2025
54
16:20 / 25 Dekabr 2025
62
16:08 / 25 Dekabr 2025
409
16:02 / 25 Dekabr 2025
65
16:00 / 25 Dekabr 2025
4240
15:58 / 25 Dekabr 2025
920
15:53 / 25 Dekabr 2025
1147
15:48 / 25 Dekabr 2025
95
15:28 / 25 Dekabr 2025
1528
15:16 / 25 Dekabr 2025
77
14:53 / 25 Dekabr 2025
66
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.