Leyla Əliyeva Fatimə üçün mahnı yazdı - VİDEO
10 Avqust 2026, 01:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2248
24.10.2025, 12:26
Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müzakirələrə Rusiyada yaşayan azərbaycanlı ekstrasens, kliniki psixoloq Zirəddin Rzayev də qoşulub.
Oxu24.com xəbər verir ki, O, məsələ ilə bağlı “Yeni Sabah”a danışıb və proqnozunu açıqlayıb.
Zirəddin Rzayev deyib ki, Ramiz Mehdiyevlə bağlı proseslər hələ davam edəcək və bu hadisə ilə əlaqədar daha 2 tanınmış şəxs də məsuliyyətə cəlb olunacaq.
“Bu məsələ ilə bağlı deyə bilərəm ki, Ramiz Mehdiyevin arxasınca iki tanınmış şəxs də həmin o bataqlıqda batacaq. Əsas gördüyüm iki nəfərdir. Ola bilsin ki, say dəyişsin, amma əlavə saya daxil olacaq şəxslər xırda-para insanlar olacaq. Ramiz Mehdiyevlə birlikdə bu məsələnin içində əsas üç nəfər olacaq”.
Ekstrasens bildirib ki, proseslə bağlı çoxlu suallar var və bu, Azərbaycanın güc strukturlarının illərlə necə işlədiyinə dair ciddi suallar doğurur:
“Ümumilikdə isə ortada suallar həddən artıq çoxdur. Ramiz Mehdiyev Azərbaycandakı əsas köklərdən biridir. Belə çıxır ki, ötən 20-30 il müddətində Azərbaycanda güc strukturları bu qədər aciz və zəif olublar? Ona görə də mənə çox şey aydın olmur. Çünki mən Azərbaycanın güc strukturlarını zəif bilmirəm.
Ulu öndərin dövründən bəri bu adam hakimiyyətdə olub. Ramiz Mehdiyevin də tərəfini saxlamaq fikrim yoxdur. Lakin dövlət məmurunun varı-dövləti olmamalıdır. Onların əsas işi dövlətə qulluq olmalıdır. Bütün bunların hər biri göz qabağında görünməlidir”.
O, cəmiyyətdə yaranan davranış tərzini də tənqid edib:
“Baxıram ki, bu gün hamı çıxıb, onun arxasınca danışır, qızına və həyat yoldaşına zəng edir. Hamı deyir ki, mənə illər öncə belə demişdi, belə etmişdi. Bunu millətimizə və milli psixologiyamıza yaraşdıra bilmirəm. Necə ki, o zaman demirdiniz, indi də deməyin. Biz bu qədərmi həyasızıq?! Utanmaq lazımdır. Zamanında deməyə qorxurdunuzsa, indi də susun”.
Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
02:32 / 10 Avqust 2026
90
01:11 / 10 Avqust 2026
85
23:34 / 09 Avqust 2026
83
23:06 / 09 Avqust 2026
88
23:06 / 09 Avqust 2026
81
22:17 / 09 Avqust 2026
83
21:27 / 09 Avqust 2026
83
20:42 / 09 Avqust 2026
91
20:24 / 09 Avqust 2026
113
19:49 / 09 Avqust 2026
101
19:14 / 09 Avqust 2026
91
18:40 / 09 Avqust 2026
142
14:30 / 09 Avqust 2026
105
13:55 / 09 Avqust 2026
100
13:31 / 09 Avqust 2026
538
13:30 / 09 Avqust 2026
109
13:10 / 09 Avqust 2026
113
12:30 / 09 Avqust 2026
111
12:24 / 09 Avqust 2026
588
12:13 / 09 Avqust 2026
118
12:06 / 09 Avqust 2026
254
12:04 / 09 Avqust 2026
1704
12:02 / 09 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.