Emil Rəhimov DVX-də baş idarə rəisi təyin olundu
10 Oktyabr 2026, 02:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1573
23.10.2025, 11:12
2026-cı ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək.
Aydınlıq üçün: ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1425 manat (5 nəfər X 285 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 525 manat (1425 manat- 900 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 525 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyar gələn ildən 1500 manata yüksəlir (5 nəfər X 300 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 525 manat deyil, 600 manat (1500 manat- 900 manat) olur.
Hazırda 80 min 300 aztəminatlı ailənin 353 min 300 üzvü ünvanlı dövlət sosial yardımı alır. Bu isə o deməkdir ki, artımlardan faydalanan ailələrin sayı kifayət qədər çox olacaq.
02:13 / 10 Oktyabr 2026
1
00:16 / 10 Oktyabr 2026
71
23:59 / 09 Oktyabr 2026
89
23:57 / 09 Oktyabr 2026
1739
23:54 / 09 Oktyabr 2026
154
23:51 / 09 Oktyabr 2026
106
23:49 / 09 Oktyabr 2026
74
23:44 / 09 Oktyabr 2026
88
23:39 / 09 Oktyabr 2026
112
23:27 / 09 Oktyabr 2026
717
23:25 / 09 Oktyabr 2026
90
23:22 / 09 Oktyabr 2026
81
23:17 / 09 Oktyabr 2026
74
23:03 / 09 Oktyabr 2026
73
22:57 / 09 Oktyabr 2026
85
22:47 / 09 Oktyabr 2026
83
22:31 / 09 Oktyabr 2026
69
22:27 / 09 Oktyabr 2026
84
22:13 / 09 Oktyabr 2026
106
21:58 / 09 Oktyabr 2026
87
21:54 / 09 Oktyabr 2026
80
21:52 / 09 Oktyabr 2026
88
21:45 / 09 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.