Rayonlarda qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
10 Avqust 2026, 17:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1702
20.10.2025, 16:42
Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb edilən keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin adı gündəmdən düşmür. Məsələn, sosial şəbəkələrdə onunla bağlı açılan müzakirələrdən birində Mehdiyevin çox yüksək - "gözqamaşdıran məbləğdə” pensiya aldığı bildirilir. Bu iddialara görə, Mehdiyev 10-12 min arasında pensiya ilə təmin olunur.
Qeyd edək ki, Azərbaycanda əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat təşkil edir. Əgər Mehdiyevlə bağlı pensiya iddiası doğrudursa, onda onun təqaüdünün fantastik məbləğdə olduğunu vurğulamaq olar.
İddialara rəğmən, Ramiz Mehdiyevin aylıq pensiyasının konkret məbləğini qeyd edə bilmərik. Çünki Dövlət Sosial Müdafiə Fondu bu məbləği vətəndaşın razılığı olmadan rəsmi olaraq açıqlamır.
Modern.az saytı Mehdiyevin pensiya məbləğini araşdırmağa çalışıb.
Amma məlum olub ki, akademikin pensiyasını hesablamaq da xeyli çətindir. Bunun üçün lazım olan məlumatlar (onun almış olduğu rəsmi maaş, staj müddəti, əlavə ödənişlər) dəqiq məlum deyil. Amma əminliklə qeyd edə bilərik ki, uzun illər Prezident Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti kimi yüksək vəzifələrdə işləmiş şəxsin pensiyası sıradan əmək pensiyasından on-iyirmi dəfələrlə yüksəkdir.
Azərbaycanda dövlət qulluqçuları, deputatlar, yüksək vəzifəli şəxslərin pensiyası xidmət müddətinə və vəzifəsinin rəsmi maaşına görə müəyyən faizlərlə hesablanır - məsələn, deputatlar üçün "təxminən maaşın 80 %-ə qədəri” kimi maddə var.
Ekspertlər deyirlər ki, Ramiz Mehdiyev kimi yüksək vəzifəli məmurun pensiyası nəzəri baxımdan orta əmək pensiyasından dəfələrlə yüksək ola bilər — çünki yüksək maaş, uzun əmək stajı, ali statuslu dövlət qulluqçusu kimi xüsusi əlavələr burada xüsusi rol oynayan amillərdir.
Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. Bu "yüksək vəzifə + uzun staj” deməkdir. O, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti postunu da tutub.
Bundan başqa, 87 yaşlı akademik 2007-ci ildən AMEA-nın həqiqi üzvüdür. Ölkə başçısnın sərəncamına əsasən, 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat təşkil edir.
Yəni Ramiz Mehdiyev hazırda təkcə akademik rütbəsinə görə ayda 2000 manat alır.
Ramiz Mehdiyevə 2003-cü ildən - 65 yaşı tamam olduğu vaxtdan pensiya kəsilib. Həmin dövrdən indiyə kimi isə pensiyalar dəfələrlə illik indeksləşdirilib ki, bu da onun aldığı təqaüdün məbləğinin artmasına təsirsiz ötüşməyib.
Qüvvədə olan "Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanuna əsasən, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də pensiyanın təyin olunması şərtlərinə daxildir. Bioqrafiyasında qeyd olunduğu kimi, Ramiz Mehdiyev 1965-ci ildən 1991-ci ilə kimi keçmiş sovet-partiya-dövlət sistemində müxtəlif vəzifələr tutub.
"Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 6.1.3-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaqla pensiya məbləği təyin olunur.
Qanunun 7.1-ci maddəsində deyilir: "Pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır”.
Ramiz Mehdiyev kimi uzun illər yüksək vəzifədə fəaliyyət göstərmiş şəxsin pensiya məbləğinin fantastik olması hüquqi baxımdan əsaslandırılsa da, ictimai baxımdan müzakirə və suallar doğurur.
17:40 / 10 Avqust 2026
1
17:15 / 10 Avqust 2026
33
16:59 / 10 Avqust 2026
36
16:45 / 10 Avqust 2026
49
16:33 / 10 Avqust 2026
63
16:30 / 10 Avqust 2026
72
16:08 / 10 Avqust 2026
68
15:54 / 10 Avqust 2026
69
15:37 / 10 Avqust 2026
70
15:33 / 10 Avqust 2026
67
15:25 / 10 Avqust 2026
80
15:21 / 10 Avqust 2026
81
15:16 / 10 Avqust 2026
78
15:14 / 10 Avqust 2026
77
14:50 / 10 Avqust 2026
100
14:40 / 10 Avqust 2026
82
14:26 / 10 Avqust 2026
87
14:24 / 10 Avqust 2026
93
14:22 / 10 Avqust 2026
80
13:58 / 10 Avqust 2026
102
13:56 / 10 Avqust 2026
82
13:29 / 10 Avqust 2026
118
13:16 / 10 Avqust 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.