Uşaq niyə dərs oxumaq İSTƏMİR? - SƏBƏBİ BU İMİŞ...
03 Mart 2026, 23:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1302
20.10.2025, 10:06
Musavat.com xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri, “boz kardinal” adlandırılan Ramiz Mehdiyevin həbsi ilə bağlı rezonans davam etdiyi bir vaxtda diqqət mərkəzinə düşən əsas fiqurlardan biri onun oğlu – Teymur (Timur) Mehdiyevdir.
Ən təəccüblüsü budur ki, atası dövlətə xəyanət, çirkli pulların yuyulması, dövlət quruluşunu dəyişmək cəhdi kimi maddələrlə istintaqa cəlb olunduğu bir dönəmdə Teymur Mehdiyev hələ də vəzifə başındadır. O, hazırda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun müavini postunu tutur.
Belə bir vəziyyətdə haqlı sual yaranır: Kəmaləddin Heydərov niyə Ramiz Mehdiyevin oğlunu qoruyur?
Əgər bu gün eyni vəziyyət istənilən vəzifəli məmurun və ya ictimai-siyasi xadimin ailə üzvünün başına gəlsəydi, onların yeddi arxa dönəni istintaqa çağırılar, işdən uzaqlaşdırılar, hətta həbs edilərdi. Amma görünən budur ki, Teymur Mehdiyev üçün başqa qaydalar işləyir.
Mənbələrə görə, bu toxunulmazlığın səbəbi təkcə vəzifə iyerarxiyası deyil — Kəmaləddin Heydərovun köhnə komanda ilə olan əlaqələri və xüsusilə Ramiz Mehdiyevlə illərlə formalaşmış qarşılıqlı münasibətləridir.
Kəmaləddin Heydərov illər boyu hakimiyyətin “ağır çəkili” simalarından biri olub. Onun Ramiz Mehdiyevlə münasibətləri bir zamanlar gərginliklə müşahidə olunsa da, son on ildə sabit və qarşılıqlı anlaşma müstəvisinə keçib. Görünür, bu münasibətlərdən dolayıdır ki, Mehdiyev elitasının bir çox üzvləri siyasi səhnədən uzaqlaşdırılsa da, onun oğlu vəzifədə qalmaqda davam edib.
Bəzi iddialara görə, bu, Heydərovun şəxsi qərarı deyil, köhnə komandanın qalıqları arasında gedən səssiz müqavimətin göstəricisidir. Ramiz Mehdiyevin bütün yaxın çevrəsi – kürəkənləri, əlaqələndiriciləri, sabiq dostları bir-birinin ardınca istintaqa cəlb olunarkən, yalnız bir fiqur – oğlu Teymur Mehdiyev toxunulmaz qalır.
Bu hərəkəti ilə Kəmaləddin Heydərov oxları öz üzərinə çəkmiş olur. “Köhnə qvardiya”nın yüksək vəzifədə qalan yeganə üzvü, Mehdiyev elitasının son qalası Kəmaləddin Heydərov üçün prinsiplər və dostluqlar böyük rol oynaya bilər; lakin dövlət idarəetməsi başqa prinsip və yanaşmalar tələb edir.
Ramiz Mehdiyev və yaxınları ölkəni tərk edə bilməyəcək - Təzadlar | www.tezadlar.az
Həmçinin oxuyun
Teymur Mehdiyev kimdir? — “Boz kardinalın oğlu”nun dosyesi
Teymur Ramiz oğlu Mehdiyev 25 iyun 1975-ci ildə Gürcüstanın Abxaziya bölgəsində, Suxumi şəhərində anadan olub. 1982–1992-ci illərdə Bakı şəhərində 134 nömrəli məktəbdə təhsil alıb, 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1997-ci ildə oranı bitirib.
O, qısa müddət ərzində Azərbaycanın demək olar ki, bütün əsas strukturlarında çalışıb:
• 1997–1999-cu illərdə Milli Təhlükəsizlik Nazirliyi,
• 1999–2001-ci illərdə Daxili İşlər Nazirliyi,
• 2001–2004-cü illərdə Xarici İşlər Nazirliyi,
• 2004–2006-cı illərdə Gənclər, İdman və Turizm nazirinin müavini,
• 2006–2011-ci illərdə Mədəniyyət və Turizm nazirinin müavini,
• 2011–2014-cü illərdə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini olub.
2014-cü ildə Fövqəladə Hallar nazirinin müavini təyin olunub və ona general-mayor rütbəsi verilib. 2018-ci ildə isə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehdiyevə salam verən deputatlar, sabiq vəzifəlilər onunla birgə media və istintaq hədəfinə düşdüyü halda, general-mayor oğlunun, onu himayə edən K. Heydərovun hər şeydən kənarda qalması təəccüb doğurur.
Hazırda ictimai rəyin diqqəti məhz bu suala yönəlib:
“Ramiz Mehdiyev ev həbsindədirsə, niyə oğlu general postunda qalır?”
00:18 / 04 Mart 2026
49
23:58 / 03 Mart 2026
42
23:45 / 03 Mart 2026
57
23:41 / 03 Mart 2026
59
23:32 / 03 Mart 2026
42
23:30 / 03 Mart 2026
43
23:27 / 03 Mart 2026
65
23:18 / 03 Mart 2026
314
23:14 / 03 Mart 2026
106
23:09 / 03 Mart 2026
114
22:56 / 03 Mart 2026
597
22:50 / 03 Mart 2026
55
22:50 / 03 Mart 2026
72
22:47 / 03 Mart 2026
66
22:39 / 03 Mart 2026
63
22:32 / 03 Mart 2026
609
22:30 / 03 Mart 2026
69
22:29 / 03 Mart 2026
160
22:19 / 03 Mart 2026
144
22:05 / 03 Mart 2026
166
21:59 / 03 Mart 2026
107
21:46 / 03 Mart 2026
67
21:45 / 03 Mart 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.