Masazırda 4 avtomobil yanıb
10 Oktyabr 2026, 10:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
861
19.10.2025, 15:40
“Sədərək Yusif” ləqəbi ilə tanınan “Sədərək” bazarının sahibi Yusif Qədiməliyev əvvəllər Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda dövlətə xəyanətdə və hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhddə ittiham olunan Ramiz Mehdiyevin himayəsi altında olub. Təsadüfi deyil ki, onun oğlu Mehman Qədimov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsində yüksək vəzifə tutmuş, Əli Həsənovun rəhbərliyi altında çalışmışdır.
Mövcud məlumata görə, “Sədərək Yusif” Mehdiyevin “kassasına” hər ay milyonlarla manat pul köçürüb, əvəzində qeyri-təbii immunitet alıb. Bu mürəkkəb və korrupsioner vasitələrlə uzun illər ticarət mərkəzində kütləvi şəkildə təkcə reklam qanunları deyil, vergi qanunları da pozulub. Mərkəzin geniş miqyasda genişləndirilməsi, onun şəhərsalma qaydalarını kobud şəkildə pozaraq xaotik şəkildə yeni pavilyonlar və anbarlar tikməsi – bütün bunlar heç kəsə sirr deyil.
Ramiz Mehdiyevin həbsindən sonra mətbuatda Yusif Qədiməliyevin keçmiş himayədarından qaçaraq kapitalının bir hissəsini xaricə köçürməsi barədə məlumatlar yayılıb. Şayiələr dolaşır ki, “Sədərək” Yusif Türkiyədə və Dubayda kütləvi şəkildə yaşayış evləri alır. Amma görünür, onların zəkaları bu qədərini qavramğa bəs etmir ki, sanksiya qoyulmuş kapitalı başqa istiqamətə yönəltmək və saxlamaq qeyri-mümkündür. Bu gün Mehdiyevin əmlakının müzakirəsi fonunda “Sədərək Yusif”in Prezident Administrasiyasının sabiq PA rəhbəri ilə əlaqələri növbəti dəfə diqqət mərkəzindədir.
Bu mövzuda haqqin.az-ın redaksiyası sözsüz ki, ayrıca jurnalist araşdırması aparacaq. Sədərək cəngəlliyindən cığırlar açmağa davam edəcəyik...nluq “kassa” əlaqəsi
10:50 / 10 Oktyabr 2026
5
10:35 / 10 Oktyabr 2026
40
10:31 / 10 Oktyabr 2026
36
10:26 / 10 Oktyabr 2026
42
10:24 / 10 Oktyabr 2026
45
10:23 / 10 Oktyabr 2026
41
09:40 / 10 Oktyabr 2026
40
02:13 / 10 Oktyabr 2026
191
00:16 / 10 Oktyabr 2026
188
23:59 / 09 Oktyabr 2026
173
23:57 / 09 Oktyabr 2026
2136
23:54 / 09 Oktyabr 2026
1297
23:51 / 09 Oktyabr 2026
223
23:49 / 09 Oktyabr 2026
114
23:44 / 09 Oktyabr 2026
154
23:39 / 09 Oktyabr 2026
199
23:27 / 09 Oktyabr 2026
1317
23:25 / 09 Oktyabr 2026
109
23:22 / 09 Oktyabr 2026
117
23:17 / 09 Oktyabr 2026
91
23:03 / 09 Oktyabr 2026
105
22:57 / 09 Oktyabr 2026
102
22:47 / 09 Oktyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.