Bu şəxslərin ezamiyyətə göndərilməsi qadağandır
10 Avqust 2026, 20:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
708
19.10.2025, 09:53
Baş nazirin sabiq birinci müavini Abbas Abbasov nankorların “parlaq” nümayəndələrindən hesab oluna bilər. O da eynilə, 2006-cı ildə vəzifəsindən azad edildi və “İstiqlal” ordeni ilə təltif edilərək, hörmətlə yola salındı. Düşünmək olardı ki, bundan sonra o, akademik fəaliyyətlə, bizneslə məşğul ola, yaxud ailə mühitində nəvə-nəticələrinə babalıq edə bilər. Amma Abbas Abbasov hakimiyyət eşqinə düşdü və başqa paytaxtlarda nicat axtarmağa başladı.
Oxu24.com xəbər verir ki, bu barədə APA-nın yaydığı məlumatda bildirilir.
“2013-cü ildə Azərbaycanda dövlət çevrilişinə cəhd planlarını xatırlamaq yerinə düşər. Həmin vaxt Rusiyada "Milyarderlər ittifaqı" quruldu, azərbaycanlı iş adamları bu ittifaqa cəlb edildi, onların Azərbaycanın siyasi müxalifəti ilə əlaqələri formalaşdırıldı. Bu prosesdən bir qədər əvvəl “Ziyalılar Forumu” yaradılsa da, az sonra orda toplaşan ziyalılardan bəziləri məsələnin mahiyyətini anladılar. Məqsədini “cəmiyyətin problemlərinin müzakirəsi” elan edən Ziyalılar Forumunun bəzi üzvlərinin siyasi bəyanatlar səsləndirməsi digərlərinin bu klubdan uzaqlaşmasına səbəb oldu. Bunun ardınca isə həmin “ziyalılardan” bir qisminin və radikal müxalifətin toplaşdığı “Milli Şura” adlı rusiyapərəst birlik formalaşdı. Prezident seçkilərindən sonra bu şuranın Rusiya prezidentinə məktubu da mediada yayıldı. Bütün bu prosesdə Rüstəm İbrahimbəyov irəli verilib, “Milli Şura”nın vahid namizədi elan olunsa da, hamıya aydın idi ki, dirijorun solo çıxış üçün müəyyənləşdirdiyi şəxs məhz Abbas Abbasovdur. Abbas Abbasov həmin vaxt nəinki Azərbaycanın daxilindəki köhnə tanışlarından istifadə edir, Rusiyada onunla eyni siyasi mövqedən çıxış etməyən diplomatlara, iş adamlarına və diaspora üzvlərinə qarşı repressiv cəzalar tətbiq etdirirdi. Yeri gəlmişkən, həmin vaxt xaricdə çalışan bəzi diplomatlarımız Abbas Abbasovun Rusiya bazarlarına qədər gedib, ordakı azərbaycanlıları belə bu prosesə qoşmaq istəməsi barədə açıqlamalar verirdilər. Bu açıqlamalardan sonra Ramiz Mehdiyev onların media çıxışlarına qadağa tətbiq etmişdi, Elmar Məmmədyarov isə diplomatları XİN sistemindən uzaqlaşdırmışdı.
Həmin dövrdə bu planlar baş tutmadı, xalqımız şimaldan əsən avantüra küləyinə aldanmadı, siyasi dəllallara dəstək vermədi. Bundan sonra Abbas Abbasov müəyyən dövr itdi, efirdə görünmədi. Sonra aydın oldu ki, o, milyarder Telman İsmayılovun yanında işə düzəlib. Belə ki, Abbasov İsmayılovun qonaqlarını qarşılayır, yola salır, bir sözlə, lakeylik edir, Telman İsmayılovun yavəri qismində çalışırdı. Bütün bu avantüradan sonra, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər etdi. Həmin səfər çərçivəsində keçirilən müzakirələrlə bütün məsələlərə son qoyuldu.
Yeri gəlmişkən, Abbas Abbasov bu günə kimi Azərbaycana gələ bilmir. O, erməniəsilli qaynanasının dəfnində belə iştirak edə bilmədi”, - məlumatda qeyd olunub.
20:01 / 10 Avqust 2026
33
19:43 / 10 Avqust 2026
47
19:36 / 10 Avqust 2026
52
19:05 / 10 Avqust 2026
58
18:56 / 10 Avqust 2026
64
18:24 / 10 Avqust 2026
71
17:59 / 10 Avqust 2026
74
17:40 / 10 Avqust 2026
89
17:15 / 10 Avqust 2026
84
16:59 / 10 Avqust 2026
78
16:45 / 10 Avqust 2026
80
16:33 / 10 Avqust 2026
95
16:30 / 10 Avqust 2026
102
16:08 / 10 Avqust 2026
95
15:54 / 10 Avqust 2026
92
15:37 / 10 Avqust 2026
95
15:33 / 10 Avqust 2026
87
15:25 / 10 Avqust 2026
100
15:21 / 10 Avqust 2026
109
15:16 / 10 Avqust 2026
99
15:14 / 10 Avqust 2026
101
14:50 / 10 Avqust 2026
123
14:40 / 10 Avqust 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.