Yolların yeni gücü: Nəqliyyat və enerji şəbəkələrinə nəzarət geosiyasəti necə dəyişir?
13 Avqust 2026, 12:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
980
25.09.2025, 17:52
Balıq mətbəximizin əsas və faydalı qidalarından biridir. Lakin balıq alarkən keyfiyyətli və təzə məhsul seçmək vacibdir ki, həm sağlamlığımız qorunsun, həm də yeməyimiz dadlı olsun.
Bəs balıq alarkən hansı nüasnlara diqqət etməliyik?
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı qisa eksperti Ağa Salmanov bildirib ki, balığın gözü parlaq və şəffaf olmalıdır:
"Təzə balığın gözləri açıq, parlaq və şəffaf olur. Əgər gözlər bulanıq və ya çökmüşdürsə, bu, balığın artıq köhnə və keyfiyyətsiz olduğunu göstərir. Təzə balıq dənizdən gələn təmiz və xoş qoxuya malikdir. Əgər balıq xoşagəlməz, kəskin və ya çürümüş qoxu verirsə, onun alınması təhlükəlidir. Balığın dərisi parlaq, sıx və sağlam görünməlidir. Əti isə elastik və sıx olmalıdır; barmağınızla basanda dərhal əvvəlki formasına qayıtmalıdır. Əgər ət yumşaqdırsa və barmaq izləri qalırsa, bu, köhnəlmənin əlamətidir. Təzə balığın qanı tünd qırmızı olur və qanama təzəliyin göstəricisidir. Qan rəngi açıq və ya solğun olarsa, bu, balığın təzə olmadığını xəbər verir. Balıq alan zaman satış yerinin təmiz, soyuducu ilə təmin olunmuş və gigiyenik olmasına diqqət yetirmək lazımdır. Həmin şəraitdə saxlanmayan balıq sağlamlıq üçün təhlükə yarada bilər".
Ekspert qeyd edir ki, balıq alarkən bu sadə, amma önəmli qaydalara əməl etməklə, keyfiyyətli və sağlam məhsul seçmək mümkündür. Unutmayın ki, düzgün seçilmiş balıq həm mətbəxdə, həm də sağlamlıq üçün faydalıdır.
12:30 / 13 Avqust 2026
9
12:15 / 13 Avqust 2026
33
12:13 / 13 Avqust 2026
31
12:05 / 13 Avqust 2026
142
12:00 / 13 Avqust 2026
35
11:57 / 13 Avqust 2026
33
11:44 / 13 Avqust 2026
43
11:41 / 13 Avqust 2026
49
11:31 / 13 Avqust 2026
159
11:27 / 13 Avqust 2026
49
11:16 / 13 Avqust 2026
482
11:07 / 13 Avqust 2026
71
10:59 / 13 Avqust 2026
159
10:59 / 13 Avqust 2026
58
10:49 / 13 Avqust 2026
55
10:34 / 13 Avqust 2026
69
10:32 / 13 Avqust 2026
59
10:29 / 13 Avqust 2026
163
10:28 / 13 Avqust 2026
54
10:24 / 13 Avqust 2026
64
10:17 / 13 Avqust 2026
69
10:11 / 13 Avqust 2026
75
10:05 / 13 Avqust 2026
303
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.