TƏBİB sədri bu xəstəxanaya yeni direktor təyin etdi - FOTO
06 Sentyabr 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1050
25.09.2025, 12:27
Özbəkistanda toy və digər ailəvi mərasimlər üçün yeni qaydalar tətbiq edilib. Belə ki, qonaq sayına məhdudiyyət qoyulub və təmtəraqlı ayinlərə nəzarət gücləndirilib. Azərbaycanda da zaman-zaman belə qadağaların mümkünlüyü müzakirə olunur. Bildirilir ki, bu cür məclislərdə həddindən artıq israfçılığa yol verilir və bu məsələ tənzimlənməlidir.
Ölkəmizdə toylarla bağlı məhdudiyyətlərin qoyulması mümkündürmü?
Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, Azərbaycanda toy və yas mərasimlərinin çox təmtəraqlı keçirilməsi uzun müddətdir ictimai müzakirə mövzusudur:
“Son dövrlərdə bəzi regionlarda yas mərasimlərinin keçirilməsinə dair məhdudiyyətlər tətbiq edilib. Belə məclislərdə müsrifliyin qarşısı alınmalıdır, lakin bunu təkcə inzibati tədbirlərlə deyil, maarifləndirmə yolu ilə həyata keçirmək daha məqsədəuyğundur. Cəmiyyət bilməlidir ki, təmtəraqlı mərasimlər milli adət-ənənəyə uyğun deyil. İctimai qınaq və bu istiqamətdə davamlı görülən işlər insanların davranışına təsir göstərə bilər. Bununla belə, bəzi hallarda müəyyən məhdudiyyətlərin tətbiqi də vacibdir”.
Deputat qeyd edib ki, xüsusən Bakıda belə mərasimlərində israfçılıq geniş yayılıb və qarşısı alınmalıdır:
“Ehsan süfrələrinin şişirdilmiş formada təşkili, toy mərasimlərində isə şadlıq evlərinin yüksək qiymətləri ailələr üçün ağır yükə çevrilir. Bir çox hallarda insanlar borca düşür və bu, yeni qurulan ailələrin həyatına mənfi təsir göstərir. Halbuki adət-ənənəmizdə əsas məqsəd gənclərə dəstək olmaqdır. İndiki şəraitdə isə bundan yalnız şadlıq evləri qazanır. Restoranlarda bəzən bir nəfər üçün menyu 250-300 manat təşkil edir və bu da süni şəkildə şişirdilmiş qiymətlərdir. Üstəlik, bəzi məqamlarda vaxtı keçmiş ərzaqlardan istifadə edilməsi, səsgücləndiricilərin normadan artıq işlədilməsi sağlamlığa ziyan vurur. Halbuki mövcud normalara görə müəyyən həddən artıq səs insan orqanizminə ciddi təsir göstərir.
Nəticə etibarilə, bu sahədə həm maarifləndirmə, həm də ictimai qınaq mühüm rol oynamalıdır. Əgər bu üsullar effekt verməsə, dövlətin imperativ qaydada məhdudiyyətlər tətbiq etməsi qaçılmaz olacaq. Çünki istər toy, istər yas mərasimindən sonra ailələrin ağır vəziyyətə düşməsi yolverilməzdir”.
23:52 / 06 Sentyabr 2026
5
23:31 / 06 Sentyabr 2026
41
23:02 / 06 Sentyabr 2026
101
22:35 / 06 Sentyabr 2026
62
22:00 / 06 Sentyabr 2026
67
21:24 / 06 Sentyabr 2026
66
21:14 / 06 Sentyabr 2026
56
21:10 / 06 Sentyabr 2026
57
21:00 / 06 Sentyabr 2026
101
20:32 / 06 Sentyabr 2026
56
20:25 / 06 Sentyabr 2026
81
20:15 / 06 Sentyabr 2026
70
19:58 / 06 Sentyabr 2026
61
19:44 / 06 Sentyabr 2026
90
18:50 / 06 Sentyabr 2026
79
18:40 / 06 Sentyabr 2026
87
18:15 / 06 Sentyabr 2026
93
15:39 / 06 Sentyabr 2026
1663
14:35 / 06 Sentyabr 2026
98
14:16 / 06 Sentyabr 2026
106
14:14 / 06 Sentyabr 2026
90
14:00 / 06 Sentyabr 2026
93
13:25 / 06 Sentyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.