Mehman Qasımov işdən çıxarıldı
13 Dekabr 2025, 09:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2198
25.09.2025, 11:35
Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə ittihamları ilə həbs edilən Adnan Əhmədzadənin çirkin əməlləri üzə çıxmaqda davam edir. Səbail Rayon Məhkəməsi sentyabrın 20-də onun barəsində 4 aylıq həbs-qətimkan qərarı verib. Bu o deməkdir ki, Əhmədzadə barəsində istintaq araşdırmaları davam edəcək.
Oxu24.com bildirir ki, publika.az sizi Adnan Əhmədzadənin futbol sevgisi fonunda Azərbaycan klublarının maliyyələşdirməsi ilə bağlı məlumatlarla tanış edəcək.
Bəli, dövlətin külli miqdarda vəsaitini oğurlayan bu şəxsin futbola olan marağı və bu sahədəki dostluq münasibətləri hər kəsə məlumdur. O, Lionel Messi, Ronaldinyo kimi əfsanəvi futbolçular, Xuan Laporta kimi tanınmış funksionerlə dostluq münasibətləri qurub. Bütün bunlar onun mənimsədiyi pullar sayəsində reallaşıb. Əhmədzadə onlarla münasibətlərini şəxsi piarında istifadə edib.
Son vaxtlar isə Azərbaycan futboluna maraq göstərməyə başlayıb. Əvvəlcə ASTA (Azerbaijan Sport Talents Academy) futbol akademiyası yaradıb. Bir müddət sonra – bu ilin yanvarında “Mingəçevir” klubunu məhz ASTA şirkəti vasitəsilə maliyyələşdirməyə başlayıb. O, klubu çox yaxın dostu və adamı Rafael Bunyatova tapşırıb. Bu ilin gedişində o, daha bir klubun maliyyələşməsində iştirak edib. “Kəpəz”in sponsorluğunu öz üzərinə götürdüyü ilə bağlı iddialar var. Gəncə təmsilçisinin İdarə Heyətinin sədri Adil Vəliyev məhz Əhmədzadəyə yaxın münasibəti ilə tanınır. Hətta onun “sağ əli” olduğu da iddia edilir.
Həmçinin oxuyun
Bundan başqa, Adnan Əhmədzadə “Barselona”nın Azərbaycanda fəaliyyət göstərəcək futbol akademiyası layihəsində də birbaşa iştirak edirdi. Məhz onun səyləri nəticəsində keçmiş “Şəfa” stadionu, indiki ASK Arena məhz bu iş üçün ayrıldı. Hətta orada yenidənqurma işlərinə də başlandı.
Əhmədzadənin Azərbaycan futbolu ilə münasibətləri bununla bitmir. Onun sahibi olduğu “Rahat” supermarketlər şirkəti vasitəsilə iki Premyer Liqa klubu ilə sponsorluq münasibəti də olub. Bunlardan biri “Neftçi”, digəri “Zirə”dir. Sözügedən şirkət 2024/2025 mövsümündə hər iki klubun titul sponsoru olub. “Ağ-qaralar”ın formalarının arxa hissəsində, “qartallar”ın isə formalarının sağ qol hissəsində “Rahat”ın reklamı yerləşdirilib. Buna görə hər iki kluba müəyyən məbləğ ödənilib.
Göründüyü kimi, Adnan Əhmədzadə Azərbaycan dövlətindən oğurladığı milyardlarla vəsait nəticəsində şəxsi piarını təşkil edib, özünü sosial layihələrin təşkilatçısı, klubların dostu və uğurlu iş adamı kimi göstərməyə çalışıb.
09:15 / 13 Dekabr 2025
1
09:06 / 13 Dekabr 2025
28
08:45 / 13 Dekabr 2025
22
08:37 / 13 Dekabr 2025
25
00:28 / 13 Dekabr 2025
93
00:14 / 13 Dekabr 2025
843
00:01 / 13 Dekabr 2025
513
23:20 / 12 Dekabr 2025
434
23:12 / 12 Dekabr 2025
83
22:41 / 12 Dekabr 2025
7304
22:05 / 12 Dekabr 2025
111
21:58 / 12 Dekabr 2025
1599
21:45 / 12 Dekabr 2025
111
19:31 / 12 Dekabr 2025
1043
19:20 / 12 Dekabr 2025
2102
19:04 / 12 Dekabr 2025
1159
19:02 / 12 Dekabr 2025
156
17:40 / 12 Dekabr 2025
1341
17:29 / 12 Dekabr 2025
111
17:11 / 12 Dekabr 2025
1408
16:38 / 12 Dekabr 2025
1415
16:35 / 12 Dekabr 2025
207
16:30 / 12 Dekabr 2025
162
16:29 / 12 Dekabr 2025
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.