"Azercell"dən növbəti bahalaşma qərarı — Yanvarın 13-dən...
13 Dekabr 2025, 12:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
537
18.09.2025, 09:00
Rəqəmsal dövrün tələbləri təhsilin bütün sahələrinə öz təsirini göstərməkdədir. Bu təsirin ən önəmli istiqamətlərindən biri də məktəblərin internetlə təminatıdır. İnternet məktəblərdə tədris prosesinin rəqəmsallaşması, müəllim və şagirdlərin resurslara çıxışı, eləcə də idarəetmə işlərinin effektiv şəkildə aparılması baxımından həyati əhəmiyyət daşıyır. Buna görə də ölkəmizdə məktəblərin internet təminatı məsələsi təhsilin keyfiyyətinə birbaşa təsir edən əsas faktorlardan biridir.
Hazırda ölkə üzrə təhsil müəssisələrinin internet təminatı necədir?
Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, ölkə üzrə ümumilikdə 4190 təhsil müəssisəsi ATŞ (Azərbaycan Təhsil Şəbəkəsi)-a qoşulub.
Məlumatda qeyd edilib ki, onlardan 2427-si Fiber Optik, 265-i ADSL, 1498-i isə simsiz bağlantı ilə qoşulub.
Təhsil müəssisələrinin yüksək keyfiyyətli internetlə təmin edilməsi təhsilə nə qazandırır?
Mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov Trend-ə bildirib ki, təhlillərə görə təhsil müəssisələrinin yüksək keyfiyyətli internetlə təmin edilməsi artıq sadəcə texniki məsələ deyil, müasir təhsilin keyfiyyət göstəricilərindən biridir.
Onun sözlərinə görə, XXI əsrin təhsil modeli biliklərin yalnız dərs kitabı və müəllim vasitəsilə ötürülməsinə əsaslanmır; rəqəmsal resurslar, onlayn platformalar, distant dərslər, süni intellekt əsaslı tədris vasitələri və beynəlxalq təhsil resurslarına çıxış imkanları prosesin ayrılmaz hissəsidir:
"Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 11-ci maddəsində göstərilir ki, təhsilalanların informasiya resurslarına sərbəst çıxışı təmin olunmalıdır. Bu müddəa bir daha göstərir ki, internet artıq təhsil hüququnun tərkib hissəsi hesab olunur.
Statistikaya baxsaq, Elm və Təhsil Nazirliyinin son açıqlamalarına görə, 2024-cü ildə Azərbaycanın ümumtəhsil məktəblərinin 70 faizindən çoxu genişzolaqlı internetə qoşulub. Amma hələ də kənd yerlərində məktəblərin bir qismi yalnız məhdud sürətli internetlə işləyir. Bu isə tədris prosesində bərabərsizlik yaradır. Şagirdlərdən bəziləri rəqəmsal resurslara, elektron jurnallara, virtual laboratoriyalara qoşula bilmir. Bu fərq gələcəkdə bilik bərabərsizliyinə səbəb olur".
Həmçinin oxuyun
Kamran Əsədovun fikrincə bunun müsbət tərəfi ondan ibarətdir ki, yüksək sürətli internet dərs prosesində rəqəmsal platformaların istifadəsini genişləndirir.
"Məsələn, elektron təhsil sistemləri, "Virtual Məktəb" platforması, beynəlxalq onlayn olimpiadalar və test bankları şagirdlərə daha geniş təcrübə qazandırır. Müəllimlər interaktiv dərs resurslarından, simulyasiya və animasiyalardan istifadə etməklə şagirdlərin marağını artırır. Həmçinin distant təhsil imkanları yaranır ki, bu da xəstəlik, məcburi köç, hətta pandemiya şəraitində belə tədrisin davamlılığını təmin edir.
Mənfi tərəfi isə ondan ibarətdir ki, internet bərabərsizlikləri təhsil bərabərsizliyinə gətirir. Əgər şəhər məktəbində şagird "Khan Academy" və ya "Coursera" kimi resurslardan istifadə edirsə, kənd məktəbindəki şagird yalnız çap dərsliyilə kifayətlənirsə, nəticədə təhsil imkanları arasında uçurum yaranır. Ona görə də dövlət siyasətində təkcə internetin olması yox, onun sürəti, dayanıqlığı və əlçatanlığı əsas prioritet olmalıdır.
Dünya təcrübəsi göstərir ki, Finlandiya, Estoniya və Sinqapur kimi ölkələrdə məktəblərin hər bir sinfi yüksək sürətli internetlə təchiz olunub. Estoniya hökuməti hətta 2001-ci ildən "Tiger Leap" proqramı çərçivəsində bütün məktəblərə internet gətirərək ölkəni rəqəmsal təhsil mərkəzinə çevirib. ABŞ-da "E-Rate" proqramı vasitəsilə məktəblərin internet xərclərinin 90 faizi dövlət tərəfindən qarşılanır. Bu yanaşmalar göstərir ki, internet təhsil üçün sadəcə infrastruktur deyil, sosial ədalətin təmin olunması vasitəsidir",- o, vurğulayıb.
Ekspert həmçinin əlavə edib ki, gələcəkdə Azərbaycanda da yüksək sürətli internetin bütün məktəblərdə tətbiqi təhsilin keyfiyyətinə birbaşa təsir göstərəcək.
"Şagirdlər beynəlxalq rəqabət mühitinə daha yaxşı hazırlaşacaq, müəllimlər yeni pedaqoji metodlardan geniş istifadə edə biləcək, distant və hibrid təhsil formaları inkişaf edəcək. Bu, həm də ölkənin PISA kimi beynəlxalq qiymətləndirmələrdə nəticələrini yaxşılaşdıracaq. Ona görə də Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar - rəqəmsal məktəb layihəsi, elektron jurnal sistemi, təhsil platformalarının istifadəsi - təqdirəlayiqdir və daha sürətlə genişləndirilməlidir.
Hesab edirəm ki, yüksək keyfiyyətli internet təhsilə bərabərlik, keyfiyyət və rəqabətlilik qazandırır. Bu, təkcə informasiya texnologiyası məsələsi deyil, ölkənin gələcəyinə qoyulan ən strateji sərmayələrdən biridir",- o, fikirlərini tamamlayıb.
12:58 / 13 Dekabr 2025
14
12:16 / 13 Dekabr 2025
382
12:08 / 13 Dekabr 2025
45
11:44 / 13 Dekabr 2025
42
11:30 / 13 Dekabr 2025
52
11:09 / 13 Dekabr 2025
690
11:07 / 13 Dekabr 2025
323
10:25 / 13 Dekabr 2025
914
09:15 / 13 Dekabr 2025
815
09:06 / 13 Dekabr 2025
365
08:45 / 13 Dekabr 2025
122
08:37 / 13 Dekabr 2025
145
00:28 / 13 Dekabr 2025
141
00:14 / 13 Dekabr 2025
1078
00:01 / 13 Dekabr 2025
721
23:20 / 12 Dekabr 2025
645
23:12 / 12 Dekabr 2025
113
22:41 / 12 Dekabr 2025
14492
22:05 / 12 Dekabr 2025
154
21:58 / 12 Dekabr 2025
3070
21:45 / 12 Dekabr 2025
137
19:31 / 12 Dekabr 2025
1160
19:20 / 12 Dekabr 2025
2273
19:04 / 12 Dekabr 2025
1357
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.