"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
13 Oktyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1320
17.09.2025, 23:11
Gələn il yanvarın 1-dən etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatacaq. Hələlik müddətin uzadılıb-uzadılmayacağı barədə rəsmi açıqlama verilməyib.
Oxu24.com xəbər verir ki, güzəşt 2019-cu ildən tətbiq edilir.
Güzəştlərə əsasən, yalnız hazırda özəl sektorda 8000 manatdan yuxarı olan maaşdan 14% vergi tutulur. Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14%, ondan çox olan hissəsindən isə 25% vergi tutulacaq.
İqtisadçı ekspert Xalid Kərimli Modern.az-a açıqlamasında qeyd edib ki, 2019-cu ilin yanvar ayından tətbiq edilən bu güzəştin əsas məqsədi cəmiyyətdə işəgötürənlərin və işçilərin əməkhaqlarının rəsmiləşdirilməsinə, habelə vergilərin ödənilməsinə marağın artırılmasına nail olmaq idi:
“Güzəşt yalnız özəl sektor – qeyri-dövlət və qeyri-neft sektoru üçün nəzərdə tutulmuşdu. Beləliklə, neft sektoruna aid olmayan bütün özəl şirkətlər bu güzəştdən yararlanmış oldular.
Bu güzəştin müddəti 7 il müəyyən edilmişdi. Hazırkı proqnozlar isə onu göstərir ki, dövlət bu müddəti uzatmağı planlaşdırmır, məhz bu səbəbdən də artıq vergi yığımlarının artacağı gözlənilir. Bu isə onu deməyə əsas verir ki, həm şirkətlərin, həm də vətəndaşların üzərinə düşən vergi yükü əvvəlki səviyyəyə qayıdacaq və ya artacaq”.
Ekspert bildirib ki, hazırda vətəndaşların əməkhaqlarından ayırmaların 2%-i icbari tibbi sığorta, 0.5%-i işsizlik sığortası, 10%-i isə pensiya fonduna (bu vəsait vətəndaşın şəxsi pensiya kapitalına) yönəldilir.
Ancaq güzəştin bitməsi ilə bu sistem dəyişəcək. Yeni qaydalara əsasən, vətəndaşlar artıq 14% gəlir vergisi ödəyəcək, pensiya fonduna ödəniş 10%-dən 3%-ə endiriləcək, 2.5% icbari tibbi sığorta və 0.5% işsizlik sığortası saxlanılacaq”.
İqtisadçının sözlərinə görə, dövlət və neft sektorunda çalışan şəxslərlə bərabər, özəl sektorda çalışanlar da eyni vergi yükünə tabe olacaqlar:
“Məsələn, məktəbdə çalışan müəllimlər gəlir vergisi ödəyirsə, artıq özəl sektorda çalışan əməkdaşlar da bu vergini ödəməli olacaqlar. 7 illik güzəşt dövründə həm vətəndaşların, həm də şirkətlərin vergi yükü təqribən 7-8% azalmışdı. İndi isə bu yüklər əvvəlki vəziyyətdə bərpa olunacaq.
Pensiya fonduna ödənilən 10%-lik pay vətəndaşın şəxsi pensiya kapitalının artırılmasına xidmət edirdisə, indi bu məbləğin 3%-ə enməsi şəxsi pensiya yığımlarının da azalmasına səbəb olacaq. Nəticə etibarilə, həm vətəndaşların, həm də şirkətlərin üzərinə düşən vergi yükü artacaq və bu da öz növbəsində, əmək bazarında müəyyən dəyişikliklərə səbəb ola bilər”.
01:20 / 13 Oktyabr 2026
70
00:44 / 13 Oktyabr 2026
373
00:38 / 13 Oktyabr 2026
148
00:35 / 13 Oktyabr 2026
405
00:33 / 13 Oktyabr 2026
96
00:13 / 13 Oktyabr 2026
120
00:08 / 13 Oktyabr 2026
233
00:07 / 13 Oktyabr 2026
183
00:05 / 13 Oktyabr 2026
131
23:56 / 12 Oktyabr 2026
103
23:49 / 12 Oktyabr 2026
189
23:46 / 12 Oktyabr 2026
892
23:32 / 12 Oktyabr 2026
138
23:25 / 12 Oktyabr 2026
116
23:17 / 12 Oktyabr 2026
146
23:16 / 12 Oktyabr 2026
120
23:14 / 12 Oktyabr 2026
200
23:04 / 12 Oktyabr 2026
92
23:04 / 12 Oktyabr 2026
1257
23:01 / 12 Oktyabr 2026
130
22:54 / 12 Oktyabr 2026
140
22:43 / 12 Oktyabr 2026
148
22:42 / 12 Oktyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.