Sosial müavinət alanların nəzərinə
13 Avqust 2026, 09:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
602
17.09.2025, 19:51
Sentyabrın 24-də Şamaxıdakı Nəsimi Bağları Kompleksində İmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqramın təqdimatı və "Nəsimi dastanı" baletinin yeni quruluşda premyerası olacaq.
Oxu24.com xəbər verir ki, Nəsimi festivalıının ikinci günü keçiriləcək tədbirdə Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımovanın, həmçinin İlkin Dövlətov, Hüseyn Məlikovun ifaları səslənəcək, qiraətçilər - xalq artistləri Rasim Balayev, Mehriban Zəki, Xalidə Quliyeva, Əməkdar artist Qasım Nağı, eləcə də Əliağa Tapdıqov, Firuzə İsmayıl, Lalə Süleymanlının təqdimatında şeirlər dinləniləcək.
Həmin gün Şamaxıda növbəti təqdimat - açıq səma altında "Multidissplinar İncəsənət Festivalı" olacaq. Müxtəlif ustad dərsləri keçiriləcək, qəzəlxan Arif Buzovnalı və gənc şairlərin çıxışları, həmçinin poeziya fləşmobu, eyni zamanda türkiyəli yazar və musiqiçi Hakan Mengüçün sufizm fəlsəfəsi haqqında çıxışı, Türkiyənin "Tarz-ı Vefa Kervanı" qrupunun təqdimatları olacaq.
Axşam isə Nəsimi Bağlarında izləyicilər fərqli konsert proqramını seyr edəcəklər. Səhnədə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı "Sufi" rəqsini təqdim edəcək, xalq artistləri Alim Qasımov, Natiq Şirinov və "Natiq" ritm qrupu, əməkdar artistlər Sevda Ələkbərzadə, Elnur Mikayılov (kamança), həmçinin Çingiz Mustafayev, AİSEL, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının çıxışları olacaq.
Festivalda səbirsizliklə gözlənilən təqdimatlardan biri də "Nəsini dastanı" baletinin yeni quruluşda nümayişidir. Dahi bəstəkar Fikrət Əmirovun ölməz əsərinin yeni quruluşu tanınmış rejissor və prodüser Andris Liepanın rejissorluğu ilə səhnələşdirilib. Balet Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti ilə balet truppasının ifasında nümayiş olunacaq. Əsərin xoreoqrafı isə müxtəlif ölkələrdə fərqli truppalarla işləmiş Patrick De Banadır. "Nəsimi dastanı" baleti Şamaxıdakı Nəsimi Bağlarında açıq səma altında, Nəsimi abidəsinin önündə nümayiş olunacaq.
Ümumiyyətlə, 23-25 sentyabr tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçiriləcək Nəsimi festivalı maraqlı təqdimatlar, premyeralarla yadda qalacaq.
Üç gün ərzində Bakı və Şamaxıda baş tutacaq festival Azərbaycan incəsənətinin təbliği baxımından mühüm beynəlxalq hadisə kimi dəyərləndirilir və orta əsr Şərqinin ən böyük şairlərindən biri olan İmadəddin Nəsiminin zəngin fəlsəfi və ədəbi irsini təbliğ edir.
09:56 / 13 Avqust 2026
1
09:55 / 13 Avqust 2026
10
09:39 / 13 Avqust 2026
24
09:34 / 13 Avqust 2026
28
09:30 / 13 Avqust 2026
31
09:23 / 13 Avqust 2026
35
09:19 / 13 Avqust 2026
31
09:06 / 13 Avqust 2026
44
09:02 / 13 Avqust 2026
33
09:00 / 13 Avqust 2026
35
08:56 / 13 Avqust 2026
44
23:59 / 12 Avqust 2026
105
23:40 / 12 Avqust 2026
128
23:03 / 12 Avqust 2026
96
22:50 / 12 Avqust 2026
109
22:15 / 12 Avqust 2026
124
22:04 / 12 Avqust 2026
92
21:53 / 12 Avqust 2026
117
21:19 / 12 Avqust 2026
160
21:12 / 12 Avqust 2026
107
21:02 / 12 Avqust 2026
116
21:00 / 12 Avqust 2026
815
20:44 / 12 Avqust 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.