Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə yanğın: İki FHN işçisi yaralandı

CƏMİYYƏT

1759

05.05.2018, 13:14

\"\" Fövqəladə Hallar Nazirliyi Gəncədə yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb. Oxu24.com -un  FHN-in saytına istinadən verdiyi məlumata görə,  şəhərin Kəpəz rayonunda ikimərtəbəli yaşayış binasının ümumi sahəsi 600 m² olan dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və dam örtüyünün altına yığılmış əşyalar 30 m² sahədə yanıb. Yanğın zamanı 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb. Hadisə yerinə FHN-nin altı texnikası və canlı qüvvəsi cəlb olunub. Sakinlər binada təxliyyə edilib. Sakinlər qabaqlayıcı tədbirlər görərkən iki nəfər FHN əmədaşının xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini bildiriblər.