"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
13 Oktyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1218
16.09.2025, 13:10
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlarına birdəfəlik pul mükafatı veriləcək.
Oxu24.com xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 19 sentyabr 2025-ci il tarixinə SOCAR-ın işçi siyahısında olan əməkdaşlara (idarə heyətinin üzvləri istisna olmaqla) bir dəfəlik olaraq 500 manat məbləğində mükafat veriləcək.
Qeyd olunub ki, SOCAR əməkdaşları 20 sentyabr - “Neftçilər günü” peşə bayramı münasibətilə mükafatlandırılacaq.
Belə ki, sözügedən əmr neftçilərin ölkəmizin iqtisadiyyatında rolu və peşə bayramının yüksək səviyyədə qeyd olunduğu nəzərə alınaraq, respublikanın neft strategiyasının həyata keçirilməsində əməyi olan SOCAR işçilərinin peşə bayramı münasibəti ilə imzalanıb.
Qeyd edək ki, Azərbaycanın müasir neft strategiyasının dayanıqlı inkişafının əsası xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə qoyulub. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli 558 nömrəli Fərmanı ilə 20 sentyabr tarixi “Neftçilər günü” peşə bayramı kimi təsis edilib.
03:05 / 13 Oktyabr 2026
188
01:20 / 13 Oktyabr 2026
127
00:44 / 13 Oktyabr 2026
1057
00:38 / 13 Oktyabr 2026
207
00:35 / 13 Oktyabr 2026
730
00:33 / 13 Oktyabr 2026
145
00:13 / 13 Oktyabr 2026
175
00:08 / 13 Oktyabr 2026
363
00:07 / 13 Oktyabr 2026
252
00:05 / 13 Oktyabr 2026
199
23:56 / 12 Oktyabr 2026
120
23:49 / 12 Oktyabr 2026
240
23:46 / 12 Oktyabr 2026
1062
23:32 / 12 Oktyabr 2026
152
23:25 / 12 Oktyabr 2026
132
23:17 / 12 Oktyabr 2026
251
23:16 / 12 Oktyabr 2026
137
23:14 / 12 Oktyabr 2026
240
23:04 / 12 Oktyabr 2026
105
23:04 / 12 Oktyabr 2026
1410
23:01 / 12 Oktyabr 2026
162
22:54 / 12 Oktyabr 2026
150
22:43 / 12 Oktyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.