"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
13 Oktyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1080
16.09.2025, 10:25
2023-cü ildən Azərbaycanda pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və kompensasiya alan şəxslər üçün “Sosial tərəfdaş” adlı layihəyə start verilib. Layihə dövlət və özəl sektor arasında sosial dəstək məqsədli tərəfdaşlıq nümunəsidir.
Oxu24.com xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondundan (DSMF) “Metbuat.az”ın sorğusuna cavab olaraq bildirilib ki, layihə çərçivəsində yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya, istənilən növ müavinət və təqaüd alan şəxslərə, sosial yardım alan ailələrə, Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə endirimlər təklif olunur.
“Vətəndaşlar artıq e-sosial mobil tətbiqini telefonlarına yükləyib qeydiyyatdan keçməklə tətbiqdə göstərilən “Sosial tərəfdaş” barkodunu əldə edir.
Həmin barkod vasitəsi ilə tərəfdaş olan xidmət sahələrində, böyük super marketlər, aptek, klinika və mağazalarda alış-veriş etdikdən sonra kassaya ödəniş zamanı təqdim etdikləri barkod vasitəsi ilə endirimlərdən yararlana bilərlər. Artıq barkod endirimləri mərhələli şəkildə genişlənir. Endirim faizləri və tərəfdaş müəssisələrin siyahısı mütəmadi olaraq www.sosialterefdash.az saytında yenilənir. Vətəndaşlar sayta daxil olub bu məlumatlarla tanış ola bilərlər”.
Qeyd olunub ki, hazırda endirimlər “Bazarstore”, AL Marketlər, “Pharmastore”, “Buta”, “Aloe”, “Dokta” aptekləri şəbəkəsində tətbiq olunur. Yaxın zamanda layihəyə digər market, aptek və klinikaların da qoşulması planlaşdırılır:
“Bundan başqa layihənin əhatə dairəsini genişləndirmək üçün “Sosial Tərəfdaş” loyallıq proqramı “Üçüncü Bahar” İctimai Birliyi ilə də əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində yaşlıların sosial aktivliyinin və maliyyə savadlılığının artırılması, eyni zamanda endirim imkanlarından daha rahat faydalanmaları üçün birgə təşəbbüslər həyata keçirilir. Qeyd edək ki, ötən müddət ərzində 1 778 549 əməliyyat həyata keçirilib, vətəndaşlar alış-veriş və xidmətlərdən istifadə zamanı təklif olunan endirimlərdən faydalanıblar”.
03:05 / 13 Oktyabr 2026
491
01:20 / 13 Oktyabr 2026
137
00:44 / 13 Oktyabr 2026
1351
00:38 / 13 Oktyabr 2026
219
00:35 / 13 Oktyabr 2026
989
00:33 / 13 Oktyabr 2026
158
00:13 / 13 Oktyabr 2026
193
00:08 / 13 Oktyabr 2026
417
00:07 / 13 Oktyabr 2026
276
00:05 / 13 Oktyabr 2026
215
23:56 / 12 Oktyabr 2026
123
23:49 / 12 Oktyabr 2026
256
23:46 / 12 Oktyabr 2026
1148
23:32 / 12 Oktyabr 2026
159
23:25 / 12 Oktyabr 2026
139
23:17 / 12 Oktyabr 2026
343
23:16 / 12 Oktyabr 2026
148
23:14 / 12 Oktyabr 2026
259
23:04 / 12 Oktyabr 2026
107
23:04 / 12 Oktyabr 2026
1459
23:01 / 12 Oktyabr 2026
164
22:54 / 12 Oktyabr 2026
157
22:43 / 12 Oktyabr 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.