Qaraciyəriniz bu qidalara möhtacdır – Mütəxəssislər siyahını açıqladı
17 Noyabr 2026, 00:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
535
15.09.2025, 09:13
Bu gün Bakının işğaldan azad edilməsindən 107 il ötür.
Oxu24.com -un məlumatına görə, Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyini elan etdikdən sonra ölkə iki yerə parçalanıb, bolşevik-daşnak birləşmələrinin qurduğu Bakı Xalq Komissarları Soveti paytaxtda hakimiyyəti ələ keçirib.
Bolşevik-daşnak silahlı birləşmələri Azərbaycanın nəzarətdə saxladıqları bölgələrində yerli əhaliyə qarşı soyqırımı törədib, insanları kütləvi şəkildə qətlə yetiriblər. İyun ayından bolşeviklərin silahlı dəstələri Azərbaycanın qərb rayonlarını öz təsirləri altına almaq üçün genişmiqyaslı əməliyyatlara başlayıb. Şamaxı istiqamətində irəliləyən bolşevik-daşnak birləşmələri yol üzərindəki bütün Azərbaycan kəndlərini çapıb-talayıb, dinc əhalini məhv ediblər. Vəziyyəti nəzərə alan Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə göndərilib
Qafqaz İslam Ordusu və Azərbaycanın yeni təşkil olunan Milli Ordu birləşmələri Göyçay yaxınlığında bolşevik-daşnak birləşmələrini məğlub edərək Bakıya doğru irəliləyib. Paytaxta doğru bir neçə istiqamətdə hərəkət edən ordu birləşmələri Şamaxı, Kürdəmir və digər yaşayış məntəqələrini işğaldan azad ediblər. Sentyabrın 15-də günorta saatlarına kimi davam edən döyüşlərdən sonra Qafqaz İslam Ordusu Bakı şəhərini işğaldan azad edilib və bir gün sonra indiki Sahil bağında Qafqaz İslam Ordusu və Azərbaycan qoşunlarının rəsmi paradı keçirilib.
Xatırladaq ki, Bakıda xilaskar türk əsgərinin şərəfinə abidə ucaldılıb, Şamaxıda isə şəhid olmuş türk əsgərlərinin qəbirüstü abidəsi götürülüb.Milli.Az
00:49 / 17 Noyabr 2026
62
00:34 / 17 Noyabr 2026
154
00:17 / 17 Noyabr 2026
82
23:58 / 16 Noyabr 2026
92
23:50 / 16 Noyabr 2026
101
23:37 / 16 Noyabr 2026
109
23:33 / 16 Noyabr 2026
94
23:25 / 16 Noyabr 2026
95
23:07 / 16 Noyabr 2026
96
22:57 / 16 Noyabr 2026
106
22:47 / 16 Noyabr 2026
111
22:30 / 16 Noyabr 2026
108
22:25 / 16 Noyabr 2026
151
22:21 / 16 Noyabr 2026
233
22:10 / 16 Noyabr 2026
139
21:59 / 16 Noyabr 2026
107
21:52 / 16 Noyabr 2026
144
21:46 / 16 Noyabr 2026
109
21:35 / 16 Noyabr 2026
137
21:30 / 16 Noyabr 2026
2126
21:24 / 16 Noyabr 2026
117
21:16 / 16 Noyabr 2026
130
21:01 / 16 Noyabr 2026
159
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.