Pensiyaçılara ŞAD XƏBƏR
13 Oktyabr 2026, 10:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1874
14.09.2025, 12:26
Azərbaycan Prezidentinin sabiq mətbuat katibi, siyasi şərhçi Rasim Ağayev vəfat edib.
Oxu24.com Modern.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
R.Ağayev sentyabrın 14-də uzun sürən xəstəlikdən sonra 85 yaşında dünyasını dəyişib.
Rasim Hüseyn oğlu Ağayev 17 mart 1940-cı ildə anadan olub. O, ali təhsilli filoloqdur. Tarix elmləri namizədi olan Rasim Ağayev İraqda siyasi qüvvələrin problemlərinə dair dissertasiya müdafiə edib.
1974-ci ildən jurnalist kimi fəaliyyətə başlamış R.Ağayev rusdilli "Azradio” yayım agentliyinin müxbiri, redaktoru, ictimai-siyasi redaksiya şöbəsinin müdiri, "Novosti Press” agentliyinin, "Trud” qəzetinin xüsusi müxbiri işləyib, müxtəlif illərdə "Mayak" radiosunda çalışıb.
O, "Novosti Press” agentliyinin Azərbaycan üzrə departament rəhbəri, onun Liviya bürosunun rəhbəri kimi də fəaliyyət göstərib.
Rasim Ağayev vaxtilə Azərbaycan Kommunust Partiyası (KP) Mərkəzi Komitəsinin (MK) birinci katibinin köməkçisi, Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri vəzifələrini də tutub.
1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun mətbuat katibi işləyib.
Rasim Ağayev 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi vəzifəsində çalışıb. O,1994-cü ildə həbs edilib, bir müddət sonra azadlığa buraxılıb.
R.Ağayev politologiya tədqiqatlarının və bir sıra bədii kitabların müəllifidir. O, son illər Türkiyə, İran, İraq, MDB, Cənubi Qafqaz ölkələrində geosiyasətin müasir problemlərinə həsr olunmuş elmi konfranslarda iştirak edir, politoloq kimi cari siyasətlə bağlı məsələlərə dair mətbuata şərhlər verirdi. Bir müddət idi ki, xəstəliklə əlaqədar aktiv fəaliyyətini dayandırmışdı.
10:34 / 13 Oktyabr 2026
3
10:29 / 13 Oktyabr 2026
21
10:25 / 13 Oktyabr 2026
37
10:22 / 13 Oktyabr 2026
55
10:16 / 13 Oktyabr 2026
48
10:14 / 13 Oktyabr 2026
50
10:01 / 13 Oktyabr 2026
76
09:57 / 13 Oktyabr 2026
459
09:52 / 13 Oktyabr 2026
57
09:42 / 13 Oktyabr 2026
60
09:37 / 13 Oktyabr 2026
76
09:34 / 13 Oktyabr 2026
143
09:29 / 13 Oktyabr 2026
194
09:26 / 13 Oktyabr 2026
651
09:20 / 13 Oktyabr 2026
124
09:11 / 13 Oktyabr 2026
68
09:10 / 13 Oktyabr 2026
67
08:54 / 13 Oktyabr 2026
154
08:43 / 13 Oktyabr 2026
390
03:05 / 13 Oktyabr 2026
1084
01:20 / 13 Oktyabr 2026
178
00:44 / 13 Oktyabr 2026
2045
00:38 / 13 Oktyabr 2026
248
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.