AFFA "Neftçi"ni 5000 manat cərimələyib
13 Oktyabr 2026, 11:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
712
13.09.2025, 18:59
"Asterix" şirkətinin kibertəhlükəsizlik üzrə eksperti Piter Henvey smartfonların mikrofonu vasitəsilə dinlənilmə üsulu barədə danışıb.
Oxu24.com xəbər verir ki, onun fikrincə, bu proses xüsusi "söz-triqqerlər"in qurulması ilə baş verir.
Henveyin sözlərinə görə, ən ehtimal olunan "casuslar" arasında mobil cihazlardan sahibinin razılığı olmadan məlumat toplayan "Facebook" xidmətləri var. Smartfonlarda dinləmə xüsusi söz-triqqerlərlə aktivləşdirilə bilər.
Əksər tətbiqlər cihazın mikrofonuna giriş icazəsi tələb edir, lakin geniş yayılan fikrin əksinə olaraq, eşidilənləri üçüncü tərəflərə ötürmürlər. Səs yazısı və məlumatların emalı çox vaxt yalnız müəyyən söz-triqqerlərdən sonra başlayır (məsələn, "Salam, Siri" və ya "Ok, Google"). Mütəxəssis hesab edir ki, oxşar mexanizmlər digər tətbiqlərdə də işləyə bilər.
Henvey ehtimal edir ki, "Facebook" və ya Instagram minlərlə söz-triqqerdən istifadə edərək smartfon sahibinin danışığını analiz edə bilər.
Beş gün ərzində o, casus mexanizmi üçün "işarə" ola biləcək ifadələri sınaqdan keçirib. Onun halında təhsil və ucuz köynək almaqla bağlı cümlələr işə yarayıb. Bundan sonra xəbər lentində müxtəlif təhsil müəssisələrinin və ucuz geyimlərin reklamı qəfil peyda olub.
Henvey əmin olduğunu bildirib ki, heç bir şirkət toplanan məlumatları birbaşa reklam verənlərə satmır. Onları özü emal edir. Bundan başqa, o qeyd edib ki, bu məlumatlar xüsusi xidmət orqanları üçün əksər hallarda faydasızdır və əsasən reklamların hədəflənməsi üçün istifadə olunur. (baku.ws)
11:14 / 13 Oktyabr 2026
12
11:04 / 13 Oktyabr 2026
57
11:00 / 13 Oktyabr 2026
41
10:58 / 13 Oktyabr 2026
55
10:51 / 13 Oktyabr 2026
49
10:45 / 13 Oktyabr 2026
63
10:38 / 13 Oktyabr 2026
876
10:34 / 13 Oktyabr 2026
263
10:29 / 13 Oktyabr 2026
72
10:25 / 13 Oktyabr 2026
192
10:22 / 13 Oktyabr 2026
233
10:16 / 13 Oktyabr 2026
69
10:14 / 13 Oktyabr 2026
63
10:01 / 13 Oktyabr 2026
97
09:57 / 13 Oktyabr 2026
814
09:52 / 13 Oktyabr 2026
65
09:42 / 13 Oktyabr 2026
68
09:37 / 13 Oktyabr 2026
87
09:34 / 13 Oktyabr 2026
158
09:29 / 13 Oktyabr 2026
229
09:26 / 13 Oktyabr 2026
755
09:20 / 13 Oktyabr 2026
150
09:11 / 13 Oktyabr 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.