Molla rejimi Azərbaycandan nə istəyir? — ŞƏRH
13 Oktyabr 2026, 13:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
689
12.09.2025, 18:59
Bu gün günorta saatlarında Nəsimi rayonu, Səməd Vurğun küçəsi, "Göy məscid"in qarşısı, mərkəz istiqamətində piyada vurulması ilə nəticələnən bu yol-nəqliyyat hadisəsi baş verib.
Oxu24.com xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib. O qeyd edib ki, bu, yol hərəkəti iştirakçıları üçün ibrət dərsi və ciddi xəbərdarlıq olmalıdır:
"Aparılan təbliğat-izahat və maarifləndirmə işləri nəticəsində piyadaların çox hissəsi keçidlərdən istifadə edir. Bu yaxşı nəticədir. Ancaq bəzi hallarda sürücülərin onlara yol verdiyinə tam əmin olmadan keçidlərdən keçən piyadalar özlərini təhlükəyə atırlar. Bu cür qəzaların baş verməsinə səbəb olan digər bir vacib məqam isə sürücülərin keçidlərə yaxınlaşarkən piyada keçidinin olduğunu bildirən nişana diqqət yetirməməsi və yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməsi ilə bağlıdır. Təəssüflər olsun ki, belə olduqda piyadanın ölümü və xəsarəti ilə nəticələnən qəzalar qeydə alınır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq bu mövzu daim diqqətdə saxlanılır və əsas məqsədimiz də ondan ibarətdir ki, yol hərəkəti iştirakçıları qəzaların iştirakçısı, qurbanı olmasınlar. Bir daha xahişimiz ondan ibarətdir ki, piyadalar keçidlərdə yolu keçərkən diqqətli olmalı, yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra keçiddən keçməlidirlər.
Sürücülər isə piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmalı, keçidin olduğunu bildirən nişana diqqət yetirməli və piyadalara yol verməlidirlər. Qeyd edilənlərə laqeyd yanaşılmamalı və qaydalara əməl edilməlidir".
13:31 / 13 Oktyabr 2026
35
13:28 / 13 Oktyabr 2026
26
13:20 / 13 Oktyabr 2026
39
13:14 / 13 Oktyabr 2026
66
13:10 / 13 Oktyabr 2026
57
13:01 / 13 Oktyabr 2026
186
12:53 / 13 Oktyabr 2026
69
12:50 / 13 Oktyabr 2026
68
12:45 / 13 Oktyabr 2026
108
12:45 / 13 Oktyabr 2026
57
12:39 / 13 Oktyabr 2026
319
12:36 / 13 Oktyabr 2026
71
12:26 / 13 Oktyabr 2026
64
12:17 / 13 Oktyabr 2026
77
12:15 / 13 Oktyabr 2026
596
12:00 / 13 Oktyabr 2026
126
11:54 / 13 Oktyabr 2026
3936
11:52 / 13 Oktyabr 2026
121
11:49 / 13 Oktyabr 2026
156
11:45 / 13 Oktyabr 2026
93
11:41 / 13 Oktyabr 2026
165
11:39 / 13 Oktyabr 2026
78
11:34 / 13 Oktyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.