Onlar vəzifələrini itirdilər - ADLAR
05 Dekabr 2025, 15:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
552
12.09.2025, 17:31
İctimai TV-nin aparıcısı və influenser Nərmin Knyaz şəxsi həyatı ilə bağlı açıqlama verib.
Oxu24.com xəbər verir ki, o, ilk dəfə boşanmağının səbəbini açıqlayıb.
"5 ay evli olmuşam. Eyni evdə yaşamışıq. Daha sonra evdən uzaqlaşmışam, boşanmışam. Əslində ailə qurduqdan sonra yoldaşımı başqa tərəfdən tanımadım. Bir müddət əvvələ qədər də bilirdim, hiss edirdim. Ancaq boş vermirdim, dava aparırdım ki, düzəlsin. Məndə sağaltma qayğıkeşliyi var, yəni insanı dəyişə-düzəldə bilərəm. Həmişə get-gəllər olurdu. Bizim öncə hərimiz olmuşdu. 1 il sonra nişan, toy isə 1-2 il daha sonra baş tutdu. Uzun mərhələlərdən keçmişik. Düzünü desəm, toydan əvvəl elə vəziyyətdəydim ki, çox depressiyada idim. Çox dalaşırdıq. Hər dəfə nəyinsə düzələcəyinə inanırdım. Davadan sonra üzr istəyirdi, vədlər verirdi. Bir müddət sonra isə eyni məsələlər olurdu. Bəzən hisslərini qarışdırırsan. Birinci hisslər özünə qarşı olmalıdır, özünü dəyərli bilməlisən.Milli.Az
Həmçinin oxuyun
Dözə bilmədiyim həddə çatmışdı, aqressiyanı qəbul edə bilməzdim. İnsanın aqressiyası zərərdən başqa heç nə vermir. Bunun müxtəlif növləri var. İnsanlar özlərinə nəzarət edə bilməyəndə pis yerlərə gedib çıxır. Olunan hərəkətlərə haqq qazandırmaq insanlığa ziddir. Qlobal yox, danışılacaq xırda məsələlərin üzərində böyük aqressiyalar baş verirdi. Evdən iki dəfə ayrılmışdım, yenidən qayıtmışdım. Hər şey üst-üstə gəldi, ayrıldıq. Yanımdakı insanı ətrafımdakılara pis tanıda bilmirdim, çünki öz seçimim idi. Kiminsə gözündə mənfi olmağını istəmirsən. Ancaq bir yerdən sonra hər şey gün üzünə çıxır. Ailəm də bəzi şeyləri gördükdən sonra dəstək oldular ki, ayrılmaq lazımdır".
15:18 / 05 Dekabr 2025
43
15:07 / 05 Dekabr 2025
35
15:00 / 05 Dekabr 2025
48
14:52 / 05 Dekabr 2025
82
14:32 / 05 Dekabr 2025
51
14:28 / 05 Dekabr 2025
366
14:24 / 05 Dekabr 2025
56
14:01 / 05 Dekabr 2025
49
14:00 / 05 Dekabr 2025
110
13:48 / 05 Dekabr 2025
491
13:21 / 05 Dekabr 2025
52
13:18 / 05 Dekabr 2025
55
13:12 / 05 Dekabr 2025
51
13:02 / 05 Dekabr 2025
74
12:53 / 05 Dekabr 2025
259
12:46 / 05 Dekabr 2025
65
12:41 / 05 Dekabr 2025
542
12:36 / 05 Dekabr 2025
89
12:34 / 05 Dekabr 2025
429
12:32 / 05 Dekabr 2025
43
12:32 / 05 Dekabr 2025
47
12:22 / 05 Dekabr 2025
59
12:03 / 05 Dekabr 2025
1863
11:55 / 05 Dekabr 2025
60
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.