Ekspert: Vahid geyim forması ilə bağlı qərara əməl etmək sağlam təhsil mühitinin formalaşması üçün zəruridir
13 Oktyabr 2026, 14:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
750
12.09.2025, 12:25
"Bakı Metropoliteni" QSC tərəfindən sentyabrın 15-dən tətbiq ediləcək payız-qış hərəkət qrafikinə əsasən, metropoliten tarixində ilk dəfə pik saatlarda qatarlar arasında interval 1 dəqiqə 45 saniyəyə endiriləcək.
Oxu24.com səhmdar cəmiyyətə istinadən xəbər verir ki, bu göstərici 34 cüt/saat prinsipi (1 saat ərzində 1 stansiyadan hər iki istiqamətdə keçən qatarların sayı) əsasında əldə olunub və bununla da son bir il ərzində artıq ikinci dəfə tarixi rekord qeydə alınıb.
Bu ilin may ayında mövcud texniki imkanlar daxilində aparılmış təkmilləşmə işləri sayəsində interval pik saatlarda 1 dəqiqə 52 saniyəyə endirilmişdi. İndi isə görülmüş əlavə tədbirlər, rəqəmsallaşma sahəsində tətbiq olunmuş yeniliklər pik saatlarda qatarların hərəkətinin daha da sıxlaşdırılmasına imkan yaradıb.
Qeyd edilən texniki və rəqəmsal yeniliklər sayəsində 34 cüt qatarla hərəkət sxeminə keçid öz növbəsində sərnişindaşıma potensialını əhəmiyyətli dərəcədə artırır. Beş vaqondan ibarət bir qatarın maksimal tutumunun 1600 nəfər olduğunu nəzərə alsaq, bu hesabla, hər iki istiqamətdə əlavə olunan qatarların daşıma gücü eyni vaxtda 6400 sərnişinə çatır. Yeni qrafik üzrə təşkil olunmuş 34 cüt qatarın dövriyyəsi nəticəsində pik saatların ümumi müddəti ərzində, yəni təxminən 4,5 saatda 28 800 sərnişinin daşınması mümkün olacaq. İş günlərinin ümumi həcmi ilə birlikdə bu rəqəm illik hesabla 8 milyondan artıq sərnişinin daşınmasına əlavə imkan yaradacaq.
Yeni qrafikə əsasən "28 May–Əhmədli" sahəsində:
• İş günləri səhər (saat 07:30–09:30) və axşam (saat 17:00–19:30) pik saatlarda interval 1 dəqiqə 45 saniyə təşkil edəcək.
• Səhər saat 07:00–07:30 aralığında interval 1 dəqiqə 52 saniyə, 09:30–10:00 aralığında isə 2 dəqiqə olacaq.
• Axşam 19:30–20:00 aralığında interval 2 dəqiqəyə qədər saxlanılacaq.
Müvafiq normativ və təhlükəsizlik standartları nəzərə alınmaqla son bir ay ərzində aparılan sınaqlar uğurla başa çatdırılıb.
Pik saatlarda intervalda edilmiş bu dəyişiklik sərnişinlərin rahat və təhlükəsiz hərəkətinin təminatı istiqamətində mühüm nəticə olmaqla yanaşı, sentyabrın 15-dən proqnozlaşdırılan sərnişin tələbatının qarşılanması baxımından da əlavə imkanlar yaradır.
Bakı metropoliteni bundan sonra da sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi, sərnişinlərin daha çevik və rahat hərəkətinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirəcək.
14:53 / 13 Oktyabr 2026
27
14:51 / 13 Oktyabr 2026
154
14:45 / 13 Oktyabr 2026
268
14:43 / 13 Oktyabr 2026
108
14:24 / 13 Oktyabr 2026
57
14:14 / 13 Oktyabr 2026
147
14:09 / 13 Oktyabr 2026
64
14:00 / 13 Oktyabr 2026
68
13:59 / 13 Oktyabr 2026
71
13:57 / 13 Oktyabr 2026
1371
13:47 / 13 Oktyabr 2026
2445
13:31 / 13 Oktyabr 2026
354
13:28 / 13 Oktyabr 2026
100
13:20 / 13 Oktyabr 2026
99
13:14 / 13 Oktyabr 2026
242
13:10 / 13 Oktyabr 2026
90
13:01 / 13 Oktyabr 2026
2195
12:53 / 13 Oktyabr 2026
100
12:50 / 13 Oktyabr 2026
96
12:45 / 13 Oktyabr 2026
161
12:45 / 13 Oktyabr 2026
78
12:39 / 13 Oktyabr 2026
680
12:36 / 13 Oktyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.