Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
05 Dekabr 2025, 12:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1246
11.09.2025, 20:20
Böyük məhfumların tərifi olmur. Bu şeylərdən danışanda gərək dərindən nəfəs alasan, içinə küləklər əsə, sinən ümman kimi qabara... Və hər cəhddən sonra bu ümmanda bir az da batdığını düşünərək uzun-uzun danışasan.
Ana, Allah, Vətən, sənət kimi...
Onun kimi adamlar haqqında yazmaq da əzəldən çətindir, ölümü məsələni bir az da müşkül etdi: Hacı Şahin+ölüm. Hər ikisindən sanbal yağır, birləşdisə, danışma.
Onun sahəsindəki adamların dostu qədər düşməni olur.
Onu sevməyən adamı isə görmədik.
Ateistlərin belə haqqında bölüşdükləri xatirələri oxuyanda, Hacı Şahini tanımasan, elə bilərsən kimsə səhabələrdən danışır, yaxud hədis, rəvayət oxuyur.
O, İslamın gözəl siması idi.
O, göstərdi ki, kostyumda gəzərək də, haqqında hədis kimi xatirələr yarada bilərsən.
Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhəri Yasamal rayonunda dünyaya gəlib. Atası iqtisadçı, anası müəllim olub. Əkiz qardaşı ilə o evin kiçik uşaqları olublar. Onun ailəsi Yasamalda məşhur “müəllimlər binası”nda yaşayıblar. Yay tətillərində Göyçayda qalan bibisigilə qonaq getməyi çox xoşlayıb.
1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsinə daxil olub. Orta məktəbdə oxuyan zaman “Şən və hazırcavablar” - "KVN" komandasının üzvü olub.
Atasını erkən itirən Hacı Şahin müsahibələrinin birində keçmiş illərini xatırlayaraq deyir:
“Çox kontrastlı mühitdə böyümüşəm. Demək olar, hər zümrədən, hər mühitdən çoxsaylı və əziz dostlarım var idi. Atamı 12 yaşında itirdim, ailəmizin maddi çətinlikləri yarandı, bununla belə uşaqlıq illərinin şirinliyi bütün problemlərə qalib gəlirdi. Məktəbi qurtarar-qurtarmaz elektrik avadanlıqları dükanında işə başladım. Qonşularımızla da, dostlarımızla da doğma kimi idik. Mən Bəhram Bağırzadənin bacısı ilə bir sinifdə oxuyurdum, yadıma gəlir, bütün sinif uşaqları ilə onlara qonaq gedirdik, rəhmətlik anaları bizi çox mehriban qarşılayırdı. Bütün dostlarımızın ailələri belə idi”.
O, hər kəslə, hər təbəqə ilə öz dilində danışırdı. Ona görə də Hacı Şahini tanıyanlar, ona qulaq asanların əksəri imana gəlirdi, azından onun özünü sevir, yoluna hörmət edirdi.
Həmçinin oxuyun
2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaat idi. “Məşədi Dadaş” məsciddində İmam vəzifəsini icra edib. 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib.
İlkin gənclik illərində ölkədə sovet hakimiyyətinə qarşı başlanan xalq hərəkatına qoşulur, mitinqlərə qatılır. Bütün günü qəzet oxuyur, sinifdə, dərslərdə müzakirələr aparır. Orta məktəbi başa vurandan sonra o zamankı Politexnik İnstitutu, indiki Azərbaycan Texniki Universitetinə daxil olur. Daha sonra hərbi xidmətə yollanır, cəbhə bölgəsində xidmət edir. Qayıdandan sonra qonşuluqlarında yaşayan bir çox gənc kimi o, da namaz qılmağa başlayır. Bu barədə xatirələrində belə deyir:
“Yadımdadır, ilk dəfə şeyx “şəhid” sözünü işlətməyə başlayanda bizə maraqlı gəlirdi ki, şəhid kimdir? Yəni dini biliklərimiz yox idi. Amma içimdə Allahla rabitə yaratmaq istəyi var idi. Namaza başladım, dostlarımla birlikdə həyətimizdə ibadət evi açdıq. Camaat namazına imamlıq etmək və xütbə oxumaq üçün məni seçdilər. Nə kitab var idi, nə internet. Şəhərdəki məscidlərin birinə gedib orada mütaliə edirdim. Hətta maddi durumumuz o qədər aşağı idi ki, Yasamaldan şəhərin mərkəzinə ayaqla gedib-gəlirdik. Bir tərəfdən çətin, digər tərəfdən qürurlu vaxtlar idi”.
Davamı TV11-də...
12:36 / 05 Dekabr 2025
1
12:34 / 05 Dekabr 2025
12
12:32 / 05 Dekabr 2025
9
12:32 / 05 Dekabr 2025
12
12:22 / 05 Dekabr 2025
18
12:03 / 05 Dekabr 2025
656
11:55 / 05 Dekabr 2025
38
11:48 / 05 Dekabr 2025
48
11:42 / 05 Dekabr 2025
160
11:36 / 05 Dekabr 2025
115
11:33 / 05 Dekabr 2025
124
11:17 / 05 Dekabr 2025
724
11:14 / 05 Dekabr 2025
50
11:00 / 05 Dekabr 2025
133
10:52 / 05 Dekabr 2025
45
10:46 / 05 Dekabr 2025
69
10:44 / 05 Dekabr 2025
45
10:34 / 05 Dekabr 2025
240
10:30 / 05 Dekabr 2025
310
10:18 / 05 Dekabr 2025
55
10:15 / 05 Dekabr 2025
49
10:13 / 05 Dekabr 2025
81
10:10 / 05 Dekabr 2025
59
09:35 / 05 Dekabr 2025
874
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.