Məşhur xanəndəmiz məktəbli geyimindən DANIŞDI: "ALQIŞLAYIRAM"
13 Oktyabr 2026, 17:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1453
11.09.2025, 09:57
Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar sentyabrın 15-dən Bakı Şəhər Halqasının (BŞH) əhatə etdiyi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Oxu24.com-a BŞH-dən məlumat verilib.
Bildirilib ki, sentyabrın 19–21-i aralığında baş tutacaq yarışla bağlı logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 12-də gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər isə sentyabr ın 15-də, gecə saat 01:00-dan 23 sentyabr səhər saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Məhdudiyyətlər tətbiq olunan zonalarda giriş-çıxış yalnız "Yaşayış Yerinə Giriş İcazəsi" ilə mümkün olacaq.
Qeyd edək ki, son iki ilin təcrübəsinə əsaslanaraq, bu il də şəhər sakinlərinin və sürücülərin rahatlığı üçün yarış müddətində bəzi əsas yollar əhalinin istifadəsi üçün açılacaq.
Belə ki, 15, 16, 17 sentyabrda yarış zolağının aşağıda sadalanan giriş-çıxış hissələri səhər saat 07:00-dan 09:00-dək, axşam saat 18:00-dan 20:00-dək nəqliyyatın hərəkəti üçün dayanma və durma olmadan sərbəst olacaq.
Sentyabrın 18-də isə səhər saat 07:00-dan 09:00-dək, axşam isə saat 20:00-dan 22:00-dək bu yollar açıq olacaq.
Giriş nöqtələri:
● Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində.
● M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində.
● S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində.
● Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində.
● Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində.
Çıxış nöqtələri:
● Neftçilər prospektindən Bakı Dəniz Limanı və Crescent Mall istiqamətində.
● İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində.
● Neftçilər prospektindən Azneft dairəsi və Dəniz Mall istiqamətində.
BŞH sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit korridoru kimi istifadə ediləcək. Həmçinin fövqəladə hallar istisna olmaqla, Tranzit dəhlizləri açıq olduğu zaman, nəqliyyat vasitələrinin parklaması, sərnişin minmə və enməsi qadağandır. Bundan başqa, həmin yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.
17:39 / 13 Oktyabr 2026
18
17:37 / 13 Oktyabr 2026
12
17:29 / 13 Oktyabr 2026
89
17:25 / 13 Oktyabr 2026
43
17:07 / 13 Oktyabr 2026
66
17:07 / 13 Oktyabr 2026
59
16:59 / 13 Oktyabr 2026
78
16:49 / 13 Oktyabr 2026
1788
16:46 / 13 Oktyabr 2026
358
16:28 / 13 Oktyabr 2026
329
16:28 / 13 Oktyabr 2026
117
16:22 / 13 Oktyabr 2026
97
16:16 / 13 Oktyabr 2026
76
16:09 / 13 Oktyabr 2026
105
16:06 / 13 Oktyabr 2026
969
16:06 / 13 Oktyabr 2026
136
15:59 / 13 Oktyabr 2026
125
15:50 / 13 Oktyabr 2026
397
15:50 / 13 Oktyabr 2026
149
15:47 / 13 Oktyabr 2026
135
15:46 / 13 Oktyabr 2026
95
15:25 / 13 Oktyabr 2026
192
15:22 / 13 Oktyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.