Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026, 18:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
633
10.09.2025, 21:00
Azərbaycanda dövlət idarəetməsində islahat dalğası gözlənilir. Planlara iki nazirliyin birləşdirilməsi və bir sıra komitələrin ləğvi daxildir. Məqsəd xərclərin azaldılması və idarəetmənin çevikləşdirilməsidir.
Mövzu ilə bağlı Metbuat.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, nazirliklərin birləşdirilməsi həm xərcləri azaldır, həm də idarəetməni çevikləşdirir:
"Nazirliklərin birləşdirilməsi və komitələrin ləğvi həm iqtisadiyyata, həm dövlət xərclərinə, həm də idarəetməyə təsir göstərir. Məsələn, dövlət xərcləri baxımından bu birləşmə paralel strukturların aradan qalxmasına, ştat vahidlərinin azalmasına və nəticədə xərclərin azaldılmasına gətirib çıxarır. Yəni büdcə yükünü yüngülləşdirir və xərclərin səmərəliliyini artırır. İqtisadi effektivlik isə xərclərlə sıx bağlıdır. Çünki resursların əlçatanlığı asanlaşır. Yəni, istər binalar və digər tikililər, istər infrastruktur, istərsə də insan resursları baxımından əlçatanlıq artır və maliyyə resurslarının rasional bölgüsü təmin olunur. Bu çıxış idarəetmənin çevikliyinə də təsir edir. Qurumların sayı azalanda qərarvermə prosesi sürətlənir, yəni çeviklik artır, zəncirin hərəkət elementləri azalır. Həm dövlətin daxili koordinasiyası, həm də cəmiyyətlə ünsiyyət, yəni birbaşa kommunikasiya edən strukturların fəaliyyəti sürətlənir".
Onun sözlərinə görə, müsbət hallarla yanaşı, mənfi tərəflər də mövcuddur:
"Nazirliklərin birləşdirilməsi və ya parçalanması barədə bir mənalı "edilsə yaxşıdır" və ya "edilməsə yaxşıdır" demək doğru deyil. Bəzi hallarda birləşmələr xərcləri azaldır, koordinasiyanı gücləndirir, idarəetməni sadələşdirir. Digər hallarda isə əksinə böyük və çoxşaxəli qurumun daha effektiv işləməsi üçün funksiyaların ayrı-ayrı strukturlara verilməsi tələb olunur. Bu, hansı qurumdan və strukturdаn danışıldığına bağlıdır. Ona görə də prosesə qızıl orta prinsipi ilə yanaşmaq lazımdır. Nazirliklərin əsas funksiyası siyasətin müəyyənləşdirilməsi və istiqamətlərin formalaşdırılması olmalıdır. İcra strukturlarının nazirliklərdən ayrı olması dünya təcrübəsində göstərilir ki, bu mümkündür. Böyük qurumların bəzilərində qərarların verilməsi uzun zaman ala bilər və beləliklə çeviklik azalır. Kiçik qurumlara bölmək isə xərcləri artırır və koordinasiyanı zəiflədir. Başqa sözlə, nazirliklərin birləşdirilməsi, parçalanması və ya yeni qurum yaradılması ciddi təhlil tələb edir. Ən əsası, bu təhlil şəxsi və ya qrup mənafeyinə əsaslanmamalıdır. Yalnız ölkənin ümumi maraqları, uzunmüddətli inkişaf strategiyası və idarəetmə effektivliyi nəzərə alınmalıdır".
Ekspert bildirib ki, bu cür mövzularda bir mənalı kəskin fikir söyləmək doğru deyildir:
"Hər bir qurum üçün fərdi yanaşma tətbiq oluna bilər. Amma ümumi kontekstdə bu mümkün deyil. Çünki hər bir qrum,təşkilat, struktur fərqli yanaşmalar tələb edir".
18:24 / 13 Oktyabr 2026
6
18:20 / 13 Oktyabr 2026
20
18:04 / 13 Oktyabr 2026
33
18:00 / 13 Oktyabr 2026
78
17:58 / 13 Oktyabr 2026
53
17:48 / 13 Oktyabr 2026
91
17:39 / 13 Oktyabr 2026
73
17:37 / 13 Oktyabr 2026
186
17:29 / 13 Oktyabr 2026
213
17:25 / 13 Oktyabr 2026
75
17:07 / 13 Oktyabr 2026
88
17:07 / 13 Oktyabr 2026
81
16:59 / 13 Oktyabr 2026
96
16:49 / 13 Oktyabr 2026
2610
16:46 / 13 Oktyabr 2026
773
16:28 / 13 Oktyabr 2026
395
16:28 / 13 Oktyabr 2026
150
16:22 / 13 Oktyabr 2026
112
16:16 / 13 Oktyabr 2026
88
16:09 / 13 Oktyabr 2026
119
16:06 / 13 Oktyabr 2026
1084
16:06 / 13 Oktyabr 2026
161
15:59 / 13 Oktyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.