Arzu Əliyevadan Özgeyə xoş sözlər - “Çox gözəlsən”
13 Oktyabr 2026, 20:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
678
09.09.2025, 18:49
Bu gün Heydər Əliyev mərkəzində Zərdab rayonu üzrə 2024-2025-ci tədris ilini qızıl nişanla bitirən, Respublika Fənn Olimpiadalarında, Fənn müsabiqəsində uğur qazanan və ali məktəblərə yüksək nəticələrlə qəbul olan tələbələrlə görüş keçirilib.
Oxu24.com xəbər verir ki, görüşdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, idarə, müəssisə və təşkilatların nümayəndələri, məktəb direktorları, müəllimlər, valideynlər, tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə qəbul imtahanlarından uğurla keçərək tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyət arzulayıb. Qeyd edib ki, rayon üzrə cari ildə 420 nəfər tam orta məktəbi bitirib,173 nəfər Respublikanın müxtəlif ali məktəblərinə qəbul olub. Onlardan 10 nəfəri 600-dən yuxarı bal toplayıb. Yarməmmədbağı kənd tam orta ümumtəhsil məktəbinin iki məzunu- Aslanova Fəridə Polad qızı 679 bal, Xəlilova Nurcan Bəxtiyar qızı 656 bal, şəhər 1 saylı məktəb liseyin iki məzunu –Məmmədova Nuray Etibar qızı 676 bal, Ağayev Cavid Şahin oğlu 638 bal, şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin iki məzunu –Rəfiyeva Solmaz Mehman qızı 651,7 bal, Şirinova Aysun Ruslan qızı isə 647,1 bal, İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Məmmədli Türkan Bəhruz qızı-656,2 bal, Qoruqbağı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Abbaslı Selcan Əliheydər qızı 644 bal, Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Məmmədli Familə Muğan qızı 613 bal, Qaravəlli kənd tam orta ümumtəhsil məktəbinin məzunu Qədirli Mədinə Məhəmməd qızı isə 611 bal toplayaraq Respublikanın müxtəlif ali məktəblərinə qəbul olub. 22 nəfər məzun isə 500 baldan yüksək nəticə göstərib. O bildirib ki, İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin 10 məzununun hər biri ali məktəbə daxil olub.
Sonda qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlara Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub, həmçinin rayonun təhsil həyatında səmərəli fəaliyyəti ilə fərqlənən şəxslər Fəxri fərmanlarla təltif ediliblər.





20:44 / 13 Oktyabr 2026
1
20:39 / 13 Oktyabr 2026
50
20:26 / 13 Oktyabr 2026
186
20:19 / 13 Oktyabr 2026
58
20:17 / 13 Oktyabr 2026
55
20:14 / 13 Oktyabr 2026
100
20:12 / 13 Oktyabr 2026
62
20:06 / 13 Oktyabr 2026
69
19:46 / 13 Oktyabr 2026
136
19:43 / 13 Oktyabr 2026
1052
19:34 / 13 Oktyabr 2026
86
19:24 / 13 Oktyabr 2026
965
19:18 / 13 Oktyabr 2026
398
19:12 / 13 Oktyabr 2026
106
19:00 / 13 Oktyabr 2026
81
18:58 / 13 Oktyabr 2026
710
18:53 / 13 Oktyabr 2026
83
18:45 / 13 Oktyabr 2026
310
18:35 / 13 Oktyabr 2026
94
18:35 / 13 Oktyabr 2026
325
18:34 / 13 Oktyabr 2026
213
18:24 / 13 Oktyabr 2026
190
18:20 / 13 Oktyabr 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.