İran mollalarına CAVAB
15 Oktyabr 2026, 11:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
610
08.09.2025, 18:30
Ölkənin sərfəli mobil operatoru mövqeyini qoruyan “Nar” uzunmüddətli sosial layihələrə dəstəyini davam etdirir.
Mobil operator 2024-2025-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən on abituriyenti xüsusi hədiyyələrlə təltif edib. Layihə çərçivəsində tələbə adını qazananlara operatordan qızıl nömrə, 700 AZN balans və müasir smartfonlar hədiyyə edilib.
Mükafatlandırma mərasimində tanınmış dövlət, ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak edərək ilin ən uğurlu abituriyentlərini təbrik ediblər. Tədbirdə “Ümid var” İnklüziv Yaradıcılıq Birliyi və “Azərbaycan Uşaqları” İctimai Birliyinin üzvləri musiqi və rəqs ifaları ilə çıxış ediblər. Bu performans, eləcə də “Nar”ın sosial layihələrində inklüzivliyə verdiyi xüsusi önəm tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
“Nar”ın baş icraçı direktoru Qunnar Panke tədbirdə çıxış edərək gəncləri təbrik edib, onlara gələcəkdə uğurlar arzulayıb: “Bu nailiyyətiniz yalnız universitet qapılarını deyil, yeni imkanları və düşüncə üfüqlərinizi də açır. “Nar” olaraq, biz inanırıq ki, təhsilə dəstək ölkənin gələcəyinə edilən ən dəyərli investisiyadır”.
“Nar”ın 10 ilə yaxındır, ənənəvi olaraq, davam etdirdiyi bu təşəbbüs mobil operatorun təhsilə verdiyi önəmini bir daha sübut edir. “Nar”ın dəstəyi ilə təhsilin inkişafına yönəlmiş sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



11:25 / 15 Oktyabr 2026
4
11:16 / 15 Oktyabr 2026
36
11:14 / 15 Oktyabr 2026
29
11:04 / 15 Oktyabr 2026
60
11:00 / 15 Oktyabr 2026
43
10:57 / 15 Oktyabr 2026
50
10:52 / 15 Oktyabr 2026
67
10:45 / 15 Oktyabr 2026
46
10:42 / 15 Oktyabr 2026
63
10:40 / 15 Oktyabr 2026
77
10:35 / 15 Oktyabr 2026
67
10:26 / 15 Oktyabr 2026
59
10:24 / 15 Oktyabr 2026
652
10:09 / 15 Oktyabr 2026
68
10:05 / 15 Oktyabr 2026
54
09:56 / 15 Oktyabr 2026
82
09:50 / 15 Oktyabr 2026
99
09:50 / 15 Oktyabr 2026
60
09:45 / 15 Oktyabr 2026
59
09:35 / 15 Oktyabr 2026
698
09:25 / 15 Oktyabr 2026
71
09:22 / 15 Oktyabr 2026
101
09:18 / 15 Oktyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.