Ciddi çətinliklərlə üzləşəcək BÜRCLƏR
13 Avqust 2026, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
696
08.09.2025, 15:32
Sentyabrın 8-də Bakıda Süni İntellekt Akademiyasının (AI Academy) açılış mərasimi keçirilib.
Oxu24.com xəbər verir ki, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.
Açılış mərasimində akademiyanın fəaliyyət planı, təhsil proqramları və ölkədə süni intellekt ekosisteminin inkişafına dair qarşıya qoyulan hədəflərlə bağlı məlumat verilib. İştirakçılar tədris mühiti və yaradılmış şəraitlə tanış olub, tələbələrlə təhsil prosesinə hazırlıq, onların gözləntiləri və gələcək planları barədə fikir mübadiləsi aparıblar.
Qeyd edilib ki, “AI Academy” AZCON Holding-in dəstəyi ilə fəaliyyət göstərəcək tədris mərkəzidir. Akademiya “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”na əsasən yaradılıb.
Süni İntellekt Akademiyasının əsas məqsədi süni intellekt sahəsində mütəxəssislər hazırlamaq və ölkədə rəqəmsal transformasiyanı sürətləndirməkdir. Akademiya həmçinin gələcəkdə Azərbaycanı regionda süni intellekt təhsili və innovativ layihələrin tətbiqi üzrə aparıcı mərkəzə çevirməyi hədəfləyir.
Tədris proqramları beynəlxalq standartlara uyğun hazırlanıb və dünyanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanır. Akademik heyət süni intellekt və müasir texnologiyalar sahəsində zəngin təcrübəyə malik mütəxəssislərdən ibarətdir.
Akademiyanın fəaliyyətində qlobal elmi mühitə inteqrasiya prioritet istiqamətlərdən biridir. Bu məqsədlə süni intellekt sahəsində dünyanın aparıcı ali təhsil müəssisələri olan Massaçusets Texnologiya İnstitutu (MIT), Kaliforniya Universiteti, Karnegi Mellon Universiteti, Harvard Universiteti və Stanford Universiteti ilə əməkdaşlıqlar qurulub. Bu nüfuzlu universitetlərin professor və alimləri akademiyaya qonaq mühazirəçi kimi dəvət olunacaqlar.
Süni İntellekt Akademiyası fəaliyyətində elmi-tədqiqat işləri və innovativ layihələrin hazırlanması kimi istiqamətlərə xüsusi önəm verir. Burada təhsil alan gənclər və mütəxəssislər startap ideyaları üzərində işləmək, tətbiqi layihələrdə iştirak etmək və beynəlxalq təcrübədən faydalanmaq imkanına malik olacaqlar.
Tədbirdə həmçinin süni intellekt geniş dil modeli prototipi təqdim olunub. Bu prototip ümumilikdə 10 milyard token və 1.2 milyon sintetik məlumat üzərində istiqamətli öyrənmə və tənzimləmələr aparılmaqla ərsəyə gətirilib. Layihə Azərbaycanın suveren süni intellekt potensialının mümkünlüyünü nümayiş etdirməklə yanaşı milli innovasiya ekosisteminin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir.
“Süni İntellekt Akademiyasının yaradılması ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, rəqəmsal iqtisadiyyatın gücləndirilməsi və Azərbaycanın qlobal süni intellekt xəritəsində mövqeyinin möhkəmləndirilməsi istiqamətində strateji əhəmiyyət kəsb edir”, – deyə Milli Süni İntellekt Mərkəzinin direktoru Tuncay Bağırov bildirib.
Akademiyanın təqdim etdiyi bütün tədris proqramları tam təqaüdlü əsaslarla həyata keçirilir. Proqramlara qəbulun növbəti mərhələləri və digər yeniliklər barədə məlumatlar “AI Academy” nin rəsmi veb-saytı və sosial media hesablarında yayımlanacaq.

23:13 / 13 Avqust 2026
67
22:48 / 13 Avqust 2026
74
22:46 / 13 Avqust 2026
56
22:45 / 13 Avqust 2026
68
22:35 / 13 Avqust 2026
104
22:28 / 13 Avqust 2026
660
22:23 / 13 Avqust 2026
65
22:19 / 13 Avqust 2026
64
22:16 / 13 Avqust 2026
103
22:12 / 13 Avqust 2026
63
21:55 / 13 Avqust 2026
251
21:40 / 13 Avqust 2026
79
21:35 / 13 Avqust 2026
56
21:23 / 13 Avqust 2026
492
21:17 / 13 Avqust 2026
67
21:15 / 13 Avqust 2026
58
20:59 / 13 Avqust 2026
56
20:56 / 13 Avqust 2026
799
20:54 / 13 Avqust 2026
71
20:49 / 13 Avqust 2026
73
20:45 / 13 Avqust 2026
64
20:44 / 13 Avqust 2026
81
20:41 / 13 Avqust 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.