Deputata ağır itki ÜZ VERİB
13 Oktyabr 2026, 23:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
701
08.09.2025, 11:18
Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.
Oxu24.com AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Emoməli Şərifoviç,
Tacikistan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Sizin müdrik rəhbərliyiniz altında qardaş Tacikistanda sosial-iqtisadi sahədə əldə edilən uğurlar, ölkənin beynəlxalq nüfuzunun artması bizi sevindirir.
Azərbaycan ilə Tacikistan arasında münasibətlərin hazırkı yüksək səviyyəsi xalqlarımızın bir-birinə bəslədiyi dərin hörmət və etimaddan irəli gəlir. Bu ortaq iradədən qaynaqlanan dövlətlərarası əlaqələrimizin yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması məmnunluq doğurur.
Ali səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə münasibətlərimizin genişlənməsi üçün əlverişli zəmin yaradır. Cari ilin iyulunda Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakınızı və Sizinlə görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.
Əminəm ki, mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə Azərbaycan ilə Tacikistan arasında dostluq əlaqələrinin inkişafına, qarşılıqlı fəaliyyətimizin daha da dərinləşməsinə nail olacağıq.
Hörmətli Emoməli Şərifoviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Tacikistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq diləyirəm".
23:55 / 13 Oktyabr 2026
5
23:55 / 13 Oktyabr 2026
4
23:54 / 13 Oktyabr 2026
4
23:43 / 13 Oktyabr 2026
31
23:41 / 13 Oktyabr 2026
39
23:33 / 13 Oktyabr 2026
32
23:24 / 13 Oktyabr 2026
221
23:15 / 13 Oktyabr 2026
114
23:02 / 13 Oktyabr 2026
167
22:57 / 13 Oktyabr 2026
73
22:49 / 13 Oktyabr 2026
131
22:47 / 13 Oktyabr 2026
93
22:43 / 13 Oktyabr 2026
80
22:25 / 13 Oktyabr 2026
504
22:19 / 13 Oktyabr 2026
325
22:18 / 13 Oktyabr 2026
88
22:10 / 13 Oktyabr 2026
277
22:02 / 13 Oktyabr 2026
86
22:01 / 13 Oktyabr 2026
298
21:49 / 13 Oktyabr 2026
79
21:42 / 13 Oktyabr 2026
622
21:39 / 13 Oktyabr 2026
72
21:30 / 13 Oktyabr 2026
446
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.