Keçmiş sevgilisini unuda bilməyən 3 bürc
14 Oktyabr 2026, 00:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
722
07.09.2025, 09:34
Dövlət İmtahan Mərkəzi (DİM) 2025-ci ildə buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, həmçinin eksternat qaydasında imtahan verənlər üçün bu gün imtahan keçirəcək
. Bundan əlavə, bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər bu gün imtahan verəcəklər.
Oxu24.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.
İmtahanda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 210, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 162 şagirdin iştirakı nəzərdə tutulur. Bundan əlavə, 77 şagird yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.
Bugünkü imtahanların idarə olunması üçün 10 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 52 nəzarətçi, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı və 7 bina nümayəndəsi ayrılıb.
İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
00:30 / 14 Oktyabr 2026
395
00:28 / 14 Oktyabr 2026
192
00:11 / 14 Oktyabr 2026
172
00:09 / 14 Oktyabr 2026
99
23:55 / 13 Oktyabr 2026
198
23:55 / 13 Oktyabr 2026
85
23:55 / 13 Oktyabr 2026
97
23:54 / 13 Oktyabr 2026
96
23:43 / 13 Oktyabr 2026
87
23:41 / 13 Oktyabr 2026
125
23:33 / 13 Oktyabr 2026
90
23:24 / 13 Oktyabr 2026
471
23:15 / 13 Oktyabr 2026
168
23:02 / 13 Oktyabr 2026
262
22:57 / 13 Oktyabr 2026
114
22:49 / 13 Oktyabr 2026
231
22:47 / 13 Oktyabr 2026
138
22:43 / 13 Oktyabr 2026
108
22:25 / 13 Oktyabr 2026
746
22:19 / 13 Oktyabr 2026
498
22:18 / 13 Oktyabr 2026
101
22:10 / 13 Oktyabr 2026
383
22:02 / 13 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.