Keçmiş sevgilisini unuda bilməyən 3 bürc
14 Oktyabr 2026, 00:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
713
06.09.2025, 21:02
Yeniyetmələrin psixologiyası mövzusunda danışan psixoloq Elmir Əkbər valideynlərə ciddi xəbərdarlıq edib.
Oxu24.com xəbər verir ki, "Künc-bucaq" yutub kanalına müsahibə verən pqsixoloq gənclərin aqressiyası və səhv addımları barədə danışıb.
Onun sözlərinə görə, gənclərin aqressiyasına və səhv addımlarına vaxtında nəzarət edilməsə, bu, gələcəkdə ağır nəticələrə gətirib çıxara bilər.
"Qəzəbini cilovlaya bilməyən gənc sabah narkoman, alkoqolik və ya qumarbaz ola bilər. Çünki bu dövr insanın həm fizioloji, həm də psixoloji partlayış mərhələsidir", - deyə psixoloq bildirib.
Mütəxəssis vurğulayıb ki, valideynlər çox vaxt övladlarının səhvlərini görmək istəmir, yaxud öz problemlərini uşaqlarına yükləyirlər:
"Valideyn əvvəlcə özünü tərbiyə etməlidir ki, övladını düzgün yetişdirə bilsin. Əgər ata və ya ana psixoloji baxımdan gərgin və aqressivdirsə, bu hal övlada da keçir. Sosial şəbəkələrdə uşaqları ailələrdən uzaqlaşdıran və məhv edən qüvvələr var. Valideynlər mütləq övladlarının onlayn həyatına nəzarət etməlidirlər. Hər yerindən duran, əxlaqsız və ya dələduz özünü psixoloq adlandıra bilir. Belələri uşaqları daha ağır vəziyyətə sala bilər. Valideynlər mütləq şəkildə mütəxəssisin diplomunu rəsmi qurumların bazasında yoxlamalıdırlar".
Mütəxəssis valideynləri narkomaniya mövzusunda da diqqətli olmağa çağırıb:
"İndiki narkotik vasitələr elədir ki, valideyn övladının narkoman olduğunu asanlıqla anlaya bilmir. Hətta bəzi dələduzlar 'reabilitasiya mərkəzi' adı ilə insanları daha təhlükəli narkotiklərə öyrəşdirirlər". (Musavat.com)
00:30 / 14 Oktyabr 2026
420
00:28 / 14 Oktyabr 2026
235
00:11 / 14 Oktyabr 2026
209
00:09 / 14 Oktyabr 2026
101
23:55 / 13 Oktyabr 2026
206
23:55 / 13 Oktyabr 2026
89
23:55 / 13 Oktyabr 2026
101
23:54 / 13 Oktyabr 2026
99
23:43 / 13 Oktyabr 2026
89
23:41 / 13 Oktyabr 2026
129
23:33 / 13 Oktyabr 2026
93
23:24 / 13 Oktyabr 2026
483
23:15 / 13 Oktyabr 2026
171
23:02 / 13 Oktyabr 2026
269
22:57 / 13 Oktyabr 2026
115
22:49 / 13 Oktyabr 2026
235
22:47 / 13 Oktyabr 2026
140
22:43 / 13 Oktyabr 2026
110
22:25 / 13 Oktyabr 2026
757
22:19 / 13 Oktyabr 2026
501
22:18 / 13 Oktyabr 2026
103
22:10 / 13 Oktyabr 2026
387
22:02 / 13 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.